Aparıcı Mikayıl tamaşaçını duelə çağırdı

Aparıcı Mikayıl tamaşaçını duelə çağırdı
16:47 24 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, "Space" televiziyasında yayımlanan "Sevimli şou" və "Məhəbbət əhvalatları" verilişlərinin aparıcısı Mikayıl Güləddinoğlu big.az-a danışıb. "Niyə sizi ciddi aparıcı kimi qəbul etmirlər" sualına Mikayıl belə cavab verib: 

"Mən ciddi aparıcıyam. Kim deyir bunu? Şərhlərdə belə yazanlara nə deyim... Sadəcə, verilişlərin formatları fərqlidir. Televiziyanın göstərdiyi istiqamətdə getmək bizim borcumuzdur. Apardığım verilişlərin istiqamətləri başqadır. Haqqımda artıq-əksik danışan adamları mən vecimə almıram. Hamının haqqında yazırlar. Həmin o haqqımda danışanlardan biri ortaya çıxıb mənimlə savad mübarizəsi apara bilərmi? Əlbəttə, bilməz.

Əgər el-oba, xalq məni sevməsə, mən bu gün aparıcı missiyasını daşımaqdan əl çəkərəm. Məni qəbul edirlər. Hansısa bir televiziyada bir veriliş göstərin mənə 500-600 fərqli-fərqli tamaçıları olsun. Əgər bu dediyimə şübhəsi olan varsa, gəlsin Space telekanalının qabağına. Gəlib görsünlər ki, nə qədər tamaşaçı xahiş edir ki, məni Mikayılın verilişinə, içəri buraxın. Verilişə gələn nə əmimdir, nə xalamdır, nə də ki dayımdır. Doğmadan söhbət gedir. Yəni, bu qədər camaatın rəyini nəzərə almaq olmazmı? Camaat qalıb bir tərəfə, 6-7 nəfərin iradlarınamı önəm verəcəyəm?"

Aparıcı bildirib ki, Milli Televiziya və Radio Şurasının iradlarını nəzərə alacaq və hər bir göstərişə əməl edəcək:

"Təbii ki, iradlarla bağlı hər bir göstərişə əməl etməliyik və edəcəyik. Verilişlərin bağlanmasına gəlincə onu mən deyə bilmərəm, rəhbərlik deyə bilər. Bir məsələni deyim, o şərh yazanlar ki var, nə olar ki, onlardan bir nəfər ad və soyadı ilə gəlsin ki, mən filankəsəm. Əgər özünü savadlı sayırsa, fikir mübadiləsi aparsın mənimlə, duelə çağırıram. Əgər mən sənin qabağında fizika, kimya, dünya ədəbiyyatı, dünya musiqisindən səndən az bilsəm, onda deyərəm ki, bəli sən haqlısan. Xahiş edirəm ki, qeyd edin ki, şərh yazanlar öz ad familiyalarını qeyd edib yazsınlar. 37 yaşım var, kimsə saxta profillləri ilə məni söyməsin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/392830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR