Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqələrin test imtahanı mərhələsi başa çatıb

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqələrin test imtahanı mərhələsi başa çatıb
16:48 24 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+



Bakı, 24 dekabr, AZƏRTAC
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 6, 14, 28 avqust, 11, 18 sentyabr, 1, 28 oktyabr və 3 noyabr tarixlərində 114 dövlət orqanında inzibati vəzifələrin beşinci–yeddinci təsnifatlarına uyğun olan 1270 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.
Müsabiqədə iştirak etmək üçün 4467-si qadın olmaqla, 14862 namizəd qeydə alınıb. Onlardan 5413-ü test imtahanında iştirak edib.
Test imtahanı mərhələsində iştirak edən 9449 namizəddən 29,23 faizi qadın, 78,78 faizi gənc olub. Test imtahanı mərhələsini 861-i qadın olmaqla, 2685 namizəd uğurla başa vurub. Test mərhələsini uğurla başa vuran namizədlərdən 626 nəfəri 5-ci, 1629 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb, 430-u 5-ci təsnifat inzibati vəzifəyə iddia edən, lakin vəzifə üzrə keçid balını toplamayan, 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak etmək hüququ əldə edənlərdir.
İmtahanı qurtaran kimi hər bir namizədə nəticələrini əks etdirən arayış verilib. Eyni zamanda, nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.
Test imtahanı mərhələsinin nəticələrinə görə, daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır: Əmlak Məsələləri Dövlət Komitəsi – qeydə alınmış 1546 namizəddən 418 nəfəri, Dövlət Sosial Müdafiə Fondu – qeydə alınmış 2043 namizəddən 331 nəfəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - qeydə alınmış 1326 namizəddən 237 nəfəri, Mədəniyyət və Turizm Nazirliyi - qeydə alınmış 1203 namizəddən 216 nəfəri.
Qeyd edək ki, müsabiqələrin bu günədək keçirilən müsahibə mərhələsində 299 nəfər inzibati dövlət qulluğu vəzifələrinə uyğun bilinib.
Müsabiqələrin müsahibə mərhələsi 36 dövlət orqanı üzrə başa çatıb. Müsabiqə qaliblərinin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə müvafiq dövlət orqanlarına göndərilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vakant_dovlet_qullugu_vezifelerinin_tutulmasi_uchun_musabiqelerin_test_imtahani_merhelesi_basa_chatib-914025

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR