Gələn il Gəncədə Nizami məqbərəsinin ətrafında 100 min ağac əkiləcək

Gələn il Gəncədə Nizami məqbərəsinin ətrafında 100 min ağac əkiləcək
16:48 24 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Ümumrespublika Yaşıllaşdırma marafonu” bölgələrdə davam etdirilib.
AZƏRTAC xəbər verir ki, ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşmasına xidmət edən “Ümumrespublika Yaşıllaşdırma marafonu” çərçivəsində Gəncədəki Heydər Əliyev park-kompleksində, Nizami məqbərəsinin ətrafında, hava limanı istiqamətində, park və xiyabanlarda 10 mindən çox ting və gül kolları əkilib.
Ekoloji aksiyada Gəncənin bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak ediblər. Tinglərin əkilməsi ilə yanaşı, mövcud yaşıllıqlara da qulluq göstərilib. Ting əkilən sahələrə su xətləri çəkilib. İlin sonunadək Gəncədə 50 minə yaxın ağac əkilməsi nəzərdə tutulur. 2016-cı ildə isə Gəncənin girişində, Nizami məqbərəsinin ətrafında 300 hektar ərazidə 100 min ağac əkiləcək, bu da həmin sahədə böyük bir meşə massivinin yaranması deməkdir.
Samuxda da növbəti ağacəkmə aksiyası keçirilib. Rayonun bütün idarə, müəssisə və təşkilatlarının, təhsil ocaqlarının kollektivlərinin iştirak etdiyi aksiyada Samux-Kür avtomobil yolunun kənarında 3 minə qədər ting əkilib. İlin sonunadək rayonda 10 minə yaxın ting əkilməsi planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gelen_il_Gencede_Nizami_meqberesinin_etrafinda_100_min_agac_ekilecek-914026

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR