Azərbaycandakı dini icmaların rəhbərləri ABŞ Konqresinə müraciət ünvanlayıb

16:52 24 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+
Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycandakı Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav və Katolik Kilsələri, Dağ və Avropa Yəhudiləri, Alban Udi icmaları rəhbərlərinin Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinə müraciət ünvanlayıb. “Report”un xəbərinə görə, müraciətdə deyilir:
Hörmətli Konqresmenlər!
Sizi qarşıdan gələn müqəddəs Milad bayramı və Yeni il münasibəti ilə təbrik edir, dindarlarımız adından salamlarımızı və ehtiramlarımızı bildirərərək bizi narahat edən məsələyə dair aşağıdakı fikirlərimizi diqqətinizə çatdırmaq istəyirik.
Məlum olduğu kimi, Helsinki Komissiyasının sədri cənab Kris Smitin hazırladığı “Azərbaycanda Demokratiya Aktı” başlıqlı qanun layihəsi baxılması üçün Konqresə təqdim olunmuşdur. Məsələnin siyasi məqamlarına və müəllifin lobbiçilik meyllərinə toxunmadan göstərilən qanun layihəsində Azərbaycanda dini etiqad azadlığı ilə əlaqədar yer almış yanlış mülahizələrə dair narazılığımızı bildirir və bunu ölkəmizdə mövcud olan dini tolerantlıq mühitinə qarşı qərəzli kampaniya kimi qiymətləndiririk.
Bizi təəccübləndirən başlıca amil - cari il ərzində Azərbaycana ABŞ-ın siyasət, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin çoxsaylı heyyətlərinin gəlməsinə və dini etiqad azadlığı sahəsində real vəziyyətlə tanış olaraq çox yüksək qiymətləndirilməsinə baxmayaraq, dönüşdən sonra fikir dəyişdirərək ölkəmizdəki mövcud gerçəkliyi əks etdirməyən belə sənədin Kapitoliyə təqdim olunmasıdır. Biz bunu müəllifin məlumatsızlığı ilə əlaqələndirə bilərdik, lakin müasir dünyada informasiya əldə etmək imkanları bu fikri istisna edir.
Tarixən Azərbaycanda ənənəvi dini icmalar - müsəlman məscidləri, xristian pravoslav, katolik, alban udi kilsələri, yəhudi sinaqoqları fəaliyyət göstərmişdir və bu gün də öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirməkdədir. Ölkənin müsəlmanlara məxsus 800-dən artıq məbədlərində ibadət edən sünnilər və şiələr birlikdə namaz qılırlar ki, bu faktın özü dünyaya örnək ola biləcək məzhəb birliyinin nadir nümunəsidir. Ümumən bu gün Azərbaycanda qədim alban udi kilsələri ilə yanaşı pravoslav və katoliklərin 12 kilsəsi, 6 yəhudi sinaqoqu mövcuddur. Dövlət tədbirlərində, dini bayram və mərasimlərdə biz birlikdə iştirak edirik. Dövlətin mənəvi dəstəyi və maddi yardımı sayəsində yüzlərlə dini ibadət ocaqları, məscidlər, kilsələr, sinaqoqlar inşa və təmir edilərək dindarların istifadəsinə verilmiş, dini konfessiyaların ehtiyacları təmin olunmuşdur. 2014-cü ildə dövlət başçımızın müvafiq Fərmanı ilə Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Ölkədə son illər keşirilmiş Dünya dini liderlərinin konfransları, Bakl prosesi adlanan multikulturalizm forumları mövcud olan tolerantlıq mühitinin bariz nümunələridir.
Azərbaycanda başqa dinlərə mənsub insanların inanclarına hörmətlə yanaşılır. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Bakının mərkəzində yerləşən erməni kilsəsinin öz fəaliyyətini dayandırmasına baxmayaraq, həmin məbəd də dövlət tərəfindən təmir və bərpa edilmiş, ona məxsus kitablar və atributlar qorunub saxlanılmışdır. Hətta Qriqorian kilsəsinin qoruyucusu erməni millətindəndir. Halbuki, Azərbaycanın işğal edilmiş ərazilərində - Qarabağ və ətraf bölgələrdə məscidlərimiz, ziyarətgahlarımız, kilsələrimiz, qəbristanlıqlarımız erməni qəsbkarları tərəfindən xarabazarlığa çevrilmişdir. Biz çox təəssüf edirik ki, hörmətli konqresmen hazırladığı sənəddə ibadət imkanlarından məhrum olan Qarabağ dindarlarının pozulmuş insan haqları barədə heç bir söz demir.
Sizə təqdim olunan qanun layihəsində göstərilir ki, Azərbaycanda Baptist, Yeddinci gün adventistləri, “Pentecostals” nümayəndələri leqal statusa malik deyillər və guya acınacaqlı vəziyyətdədirlər. Bununla bağlı bildirmək istəyirik ki, ölkəmizdə bu cərəyanların nümayəndələri icma deyil, fərdi şəkildə fəaliyyət göstərirlər və onlar icma şəklində təmsil olunmaq üçün müvafiq icra strukturlarına müraciət etməlidirlər. Bu hal əksər dövlətlərin qanunvericilik praktikasında mövcuddur. Əgər söhbət Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərdən gedirsə, sual olunur – hansı ölkədə müvəqqəti yaşayan şəxslərə onların etiqadına uyğun icmalar və yaxud məbədlər yaradılır?
Göstərilən layihə mətnində işarə olunur ki, Azərbaycanda guya çoxlu sayda dini məhbus mövcuddur. Birmənalı şəkildə bəyan edirik ki, həmin şəxslər dini fəaliyyətlərinə görə deyil, əksinə dini şüarlardan sui-istifadə edərək terrorizmə çağırış, dövləti silah gücünə çevirməyə cəhd kimi radikal və ekstremist təmayüllü hərəkətlərinə görə azadlıqdan məhrum edilmiş cinayətkarlardır. Radikal və ekstremist təmayüllü şəxslər nədən ABŞ-da və ya Avropada “cihadist” adlanırlar, Azərbaycanda isə “vicdan məhbusu” ?! Biz əminik ki, Amerika Birləşmiş Ştatlarında belə terror əməllərini törədənlər ədalət məhkəməsindən qaça bilməzlər.
Hörmətli Konqresmenlər!
Sizi əmin edirik ki, ölkəmizdə mövcud olan tolerantlıq mühiti sözdə deyil, əməldədir. Canlı nümunə bu Müraciətin altındakı imzalardır. Biz heç zaman Azərbaycanda dini zəmində qarşıdurma yaşamamışıq və buna yol verməmişik. Bu tolerantlıq bizim ruhumuzda, qanımızdadır və Azərbaycan dövlətinin apardığı siyasətin tərkib hissəsidir.
Sizi Azərbaycan gerçəkliklərinə obyektiv reaksiya verərək, layihənin müzakirəsi zamanı bizim mövqeyimizi də nəzərə almağa və düzgün qərar verməyə çağırırıq! Müraciətimizi Vatikan Dövlətinin və Dünya Katoliklərinin sabiq rəhbəri Roma Papası II İoann Pavelin 2002-ci ildə Azərbaycana səfəri zamanı ölkəmizdə üç səmavi dinə göstərilən qayğıya görə səsləndirdiyi dua ilə bitirmək istəyirik: “Qoy üç böyük din tərəfindən izhar edilmiş bu məhəbbət şahidliyinə görə Yaradana həmd olsun!”
Uca Yaradan fəaliyyətinizdə sizlərə yardımçı olsun! Amin!”
Müraciəti imzalayıblar:
Şeyxülislam Allahşükür PAŞAZADƏ
Qafqaz Müsəlmanları İdarəsinin sədri
ALEKSANDR
Bakı və Azərbaycan arxiyepiskopu
Vladimir FEKETE
Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol
prefekturasının ordinarisi
Milih YEVDAYEV,
Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri
Gennadi ZELMANOVİÇ
Avropa yəhudilərinin Bakı icmasının rəhbəri
Robert MOBİLİ
Alban-udi xristian dini icmasının sədri.

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Aleksis Sançez tarixə düşməyə yaxındır

29 Mart 2017 19:17

İtaliya mediası Bakıdan yazdı

29 Mart 2017 19:13

ABŞ-da Konqres binası yaxınlığında silahlı insident baş verib

29 Mart 2017 19:13

Məşhur tenniçsi qadın çimərlikdə - FOTO

29 Mart 2017 19:12

“Lokomotiv” Azərbaycan çempionu oldu

29 Mart 2017 19:07

Məşhur "rəqs edən milyonçu" Canluka Vakki Bakıya gəlir - FOTO

29 Mart 2017 19:05

ABŞ Konqresi yaxınlığında ATIŞMA

29 Mart 2017 19:05

Akademik Ramiz Mehdiyevin kitabı Moskvada nəşr edildi

29 Mart 2017 19:03

Uşağını öldürən atanın TÜKÜRPƏDİCİ QƏTL MESAJI - FOTOFAKT

29 Mart 2017 18:57

İranlı turist İrəvanda ASILDI

29 Mart 2017 18:53

"Kristal Abşeron"un ABB-nin adından yalan məlumat yaydığı üzə çıxdı

29 Mart 2017 18:52

Kartları birləşdirən azərbaycanlı: Koreyada maraqlı ixtira edən gənc

29 Mart 2017 18:52

"Od vurub yandıracağıq" - Erməni məmuru hədələdilər

29 Mart 2017 18:52

"Yenə öpdürmədi dodaqdan" - FOTO

29 Mart 2017 18:47

Hollandiyanın məşhur şirkətinə Türkiyədə qadağa qoyuldu

29 Mart 2017 18:44

İngiltərə Avropanın ən iri neft yatağını kəşf edib

29 Mart 2017 18:42

SON DƏQİQƏ: 146 nəfərlik gəmi batdı, 1 nəfər sağ qaldı

29 Mart 2017 18:42

Ermənistanda siyasi məhbusların yaxınları aksiya keçirirlər

29 Mart 2017 18:42

Ərindən ayrılan 34 yaşlı Arzunun MÜƏMMALI İNTİHARI - FOTO

29 Mart 2017 18:42

Bu küçələrdə də hərəkət məhdudlaşdırılır

29 Mart 2017 18:39

DƏHŞƏT - Bir şilləyə görə həmkəndlisinin bütün ailəsini öldürdü - VİDEO

29 Mart 2017 18:38

“Microsoft” şirkəti “Windows 10” sisteminin yeni versiyasını internetdə yerləşdirib

29 Mart 2017 18:35

Həmsədrlər Qarabağla bağlı birgə BƏYANAT İMZALADI

29 Mart 2017 18:33

Həmsədrlərdən Qarabağ münaqişəsi ilə bağlı BƏYANAT

29 Mart 2017 18:32

Kinoteatrda YANĞIN - Təxminən min adam təxliyə olundu

29 Mart 2017 18:32

"Fast-food" restoranlarının 6 hiyləsi - FOTO

29 Mart 2017 18:32

Ukraynada əsgər zabitləri bıçaqladı

29 Mart 2017 18:29

Putindən Fələstin problemi ilə bağlı ÇAĞIRIŞ

29 Mart 2017 18:28

Mələkxanım imicini dəyişdi - FOTO

29 Mart 2017 18:27

Ronaldu: "Bəzi insanlar adımın aeroporta verilməsindən xoşlanmadı" - FOTO

29 Mart 2017 18:27

London regionlara müstəqillik əvəzinə yeni səlahiyyətlər vəd etdi

29 Mart 2017 18:23

Azərbaycan yeni təyyarələr alacaq

29 Mart 2017 18:22

Hakerlər "Muğanbank"ın saytını dağıdıb, belə yazdılar - FOTO

29 Mart 2017 18:19

BP 2017-ci ildə "Şahdəniz" yatağından sınaq rejimində qaz nəql edəcək

29 Mart 2017 18:17

31 mart soyqırım günü "Ünvansız qatar" göstəriləcək

29 Mart 2017 18:17

"Baharsız bahar"

29 Mart 2017 18:17

Mehman Hüseynovun vəsatətləri təmin edilmədi

29 Mart 2017 18:14

Merkel istefa üçün şərti açıqladı

29 Mart 2017 18:13

İranlı turistin asılmış meyiti tapıldı - İrəvanda

29 Mart 2017 18:12

Maral Tahirqızının şikayəti təmin olunmadı

29 Mart 2017 18:12

Azərbaycanlı model Tailandda yarıçılpaq... - FOTOLENT

29 Mart 2017 18:09

Fransua Fillonun yoldaşı Fenelope rəsmi olaraq

29 Mart 2017 18:06

Livan prezidenti yıxıldı

29 Mart 2017 18:05

Alimdən MÜBAHİSƏLİ TƏKLİF: “Günlərin adları dəyişdirilməlidir, çünki...” - MÜSAHİBƏ

29 Mart 2017 18:03

Putin yol polisinin rəisini işdən çıxardı

29 Mart 2017 17:59

"Məqsədimizə nail olmaq üçün..." - "Kəpəz"in futbolçusu

29 Mart 2017 17:57

Beynimizə istədiyimiz məlumatı yükləmək mümkün olacaq

29 Mart 2017 17:56

İkinci aprel müharibəsi - Ermənistandakı seçkilər nə vəd edir?

29 Mart 2017 17:54

Qiyməti əl yandıran məhsullar: 900 min dollara kompüter

29 Mart 2017 17:48

Ermənistandakı seçki saxtakarlıqları İFŞA EDİLDİ

29 Mart 2017 17:47