Ordubadda növbəti humanitar aksiyaya start verilib

Ordubadda növbəti humanitar aksiyaya start verilib
16:53 24 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Ordubad, 24 dekabr, AZƏRTAC
Bakı şəhərində fəaliyyət göstərən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti Ordubad rayonunda növbəti humanitar aksiyaya start verib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ordubad Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan üçgünlük aksiyada Klinik Xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 24 yüksəkixtisaslı həkim və orta tibb işçisi iştirak edir. Aksiyanın ilk günü 450 pasiyent profilaktik tibbi müayinə ilə əhatə edilib, cərrahi müdaxiləyə ehtiyacı olan 15 xəstə üzərində LOR, göz və ümumi cərrahi əməliyyatlar aparılıb.
Aksiya zamanı pasiyentlər, həmçinin hematoloji, uroloji, nevroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunublar. Qeyd edək ki, xəstəxanaya 1000 nəfərdən çox pasiyent müayinə olunmaq üçün müraciət edib. Onların hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi lazımi şərait yaradıb. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə tibbi xidmət göstərib.
Xatırladaq ki, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 24 nəfərdən ibarət həkim briqadası bu ilin yanvar ayında Şərur, may ayında isə Ordubad Rayon Mərkəzi xəstəxanalarında əhalini tibbi müayinədən keçirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ordubadda_novbeti_humanitar_aksiyaya_start_verilib-914030

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR