Prezident İlham Əliyev: “İxtisar olmayacaq"

Prezident İlham Əliyev: “İxtisar olmayacaq"
17:04 24 Dekabr 2015
69 Ölkə
Ölkə mətbuatı
A- A+

"Biz düzgün yoldayıq”

“Çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər. Onlar işlə təmin olunsunlar, onlar üçün yaxşı şərait yaradılsın, belə gözəl binalar tikilsin. Cəmiyyətdə də onlara daim hörmət, diqqət göstərilsin”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevBakıda gözdən əlillər üçün inşa olunan yaşayış binasının istifadəyə verilməsi mərasimi zamanı deyib.

 

Bu sahədə dövlətin öz üzərinə düşən vəzifəni icra etdiyini deyən İ. Əliyev bütün cəmiyyətin bu kimi təşəbbüslərə qoşulmasının vacibliyini vurğulayıb. “Deyə bilərəm ki, son illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ciddi islahatlar aparılır. Bu islahatların bir məqsədi var ki, ehtiyacı olan insanların problemləri həll edilsin, ədalət tam şəkildə təmin olunsun. Yəqin siz də bilirsiniz, əlil olan insan əvvəlki illərdə arayış, əlillik dərəcəsini almaq üçün bəzi hallarda gərək hər il gəlib sübut edəydi ki, o, əlildir. İndi aparılan islahatlar artıq bu vəziyyəti köklü şəkildə dəyişir. Bununla bərabər, əlil olmayan insanlar bəzi hallarda əlillik dərəcəsini almaq üçün müxtəlif işlərlə məşğul idilər. Bu, əlbəttə ki, dözülməz bir haldır. Vətəndaşlar özləri məsuliyyətli olmalıdırlar. Ancaq əlbəttə ki, burada dövlət məmurları da çox nalayiq işlərlə məşğul idilər. Ona görə, bu sahədə ciddi nəzarət olmalıdır, qayda-qanun yaradılmalıdır və ictimai nəzarət də mütləq burada öz rolunu oynamalıdır. Dövlət öz tərəfindən üzərinə düşən bütün vəzifələri icra edir, edəcək. Ehtiyac içində yaşayan, ünvanlı sosial yardıma möhtac olan insanlar, onların problemləri daim diqqət mərkəzindədir. Bugünkü mərasim onu göstərir ki, biz düzgün yoldayıq”.

 

Dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Prezidentin ehtiyat fondundanƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhid ailələri, müharibə əlilləri üçün tikintisi nəzərdə tutulan evin inşasına 10 milyon manat əlavə vəsait ayrılıb: “Nazirlər Kabineti də yaxın vaxtlarda ən azı bu qədər vəsait ayıracaq ki, bu işlər dayanmasın. Düzdür, indi bizim iqtisadi vəziyyətimiz əvvəlki illərdəki kimi deyil. Təbii ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi bizim gəlirlərimizə təsir edib. Büdcə xərcləri, büdcə gəlirləri azalıb. Bu, təbii vəziyyətdir. Çünki dünyada gedən proseslər artıq bizə də təsir etməyə başladı və neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti eyni vəziyyətlə üzləşib. Ancaq bununla bərabər, Azərbaycanda iqtisadi sabitlik, iqtisadi inkişaf təmin edilir, sosial məsələlər öz həllini tapır, 2015-ci ildə bir dənə də olsun sosial layihə icrasız qalmayıb”.

 

İ. Əliyevin sözlərinə görə, neftin qiyməti çox aşağı səviyyədə olsa da, gələn il bütün sosial proqramlar icra ediləcək. “Bizim vətəndaşlar əmin ola bilərlər ki, sosial sahədə bir dənə də olsun ixtisar olmayacaq. Sadəcə olaraq dövlət qurumları daha da səmərəli işləməlidirlər, maliyyə-iqtisadi sahədə şəffaflıq tam şəkildə təmin edilməlidir. Belə olan halda Azərbaycan 2016-cı ildə də yaxşı nəticələr göstərəcək. Bir daha demək istəyirəm ki, gələn il və bundan sonrakı illərdə siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanacaq. Xüsusilə o vətəndaşlar ki, onların dövlət qayğısına böyük ehtiyac var”, - deyə o qeyd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ağstafada qəza: 4 yaralı

24 İyul 2017 06:33

Fərqli Luma - FOTO

24 İyul 2017 06:32

Sürücünü hamının gözləri qarşısında güllələdilər -

24 İyul 2017 06:15

Yaponiya silkələndi - 5,7 bal

24 İyul 2017 05:33

Kurort kolleksiyası - FOTO

24 İyul 2017 05:32

Bərdədə ev yandı

24 İyul 2017 05:09

Dəhşətli təyyarə qəzalarının anbaan görüntüləri -

24 İyul 2017 04:33

Şabranda müəllim maşını aşırıb, 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb

24 İyul 2017 04:32

Kirstin həmişəki kimi parladı - FOTO

24 İyul 2017 04:32

İran və İraq müdafiə sahəsində protokol imzaladılar

24 İyul 2017 03:58

Yenə də Sara - FOTO

24 İyul 2017 03:32

Vaşinqton Moskvanı yenə cəzalandıracaq -

24 İyul 2017 03:28

Cüdoçularımız Avropa çempionu oldu - FOTOLAR

24 İyul 2017 03:03

Rusiyada içərisində azərbaycanlıların da olduğu mikroavtobus aşıb, 2 nəfər ölüb

24 İyul 2017 03:02

Rusiyada faciə: bir ailənin 5 üzvü yanaraq öldü

24 İyul 2017 02:39

İsrail mövqeyini yumşalda bilər

24 İyul 2017 02:39

Benksi sənətinin parodiyası - FOTO

24 İyul 2017 02:32

Bakıda yeni dələduzlar peyda olub - VİDEO

24 İyul 2017 02:18

Almaniyanın ən yaxşı futbolçusu bəlli oldu

24 İyul 2017 01:49

Suriya ordusu əməliyyatları dayandırdı

24 İyul 2017 01:45

Üzən otel, katamaran - FOTO

24 İyul 2017 01:32

İranda zəlzələ oldu

24 İyul 2017 01:29

Ərdoğan Kral Salmanla görüşdü - FOTO

24 İyul 2017 01:28

Karyerasını bitirən futbolçu ilin ən yaxşısı oldu

24 İyul 2017 01:03

Yəməndə qorxunc xəstəlikdən ölənlərin sayı artır -

24 İyul 2017 00:56

Qorxunc xəstəlikdən ölənlərin sayı 2000-ə yaxınlaşır

24 İyul 2017 00:43

Tovuzda qadın ailə münaqişəsi zəminində intiharara cəhd edib

24 İyul 2017 00:42

Ağstafada iki maşın toqquşdu - 3 yaralı

24 İyul 2017 00:39

Tovuzda 28 yaşlı qadın dərmandan zəhərləndi

24 İyul 2017 00:34

Dənizdə 1 nəfər batdı, 2 nəfər xilas edildi

24 İyul 2017 00:23

Ermənistandan gizlicə Türkiyəyə keçdilər -

24 İyul 2017 00:19

Günün qoroskopu: narahatlıq üçün heç bir səbəb yoxdur

24 İyul 2017 00:17

Cüdoçumuz AVRO-da gümüş medal qazandı

24 İyul 2017 00:14

Astroloji proqnoz - 24 iyul

24 İyul 2017 00:13

Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdini qəbul edib

24 İyul 2017 00:05

İki məşhur rəfiqə çimərlikdə - FOTO

24 İyul 2017 00:05

Övladlarınıza gözəl adlar qoyun

23 İyul 2017 23:52

İraq ordusundan növbəti uğur -

23 İyul 2017 23:49

İranda güclü zəlzələ baş verdi

23 İyul 2017 23:48

Yanaqda qızartıların əmələ gəlmə səbəbi

23 İyul 2017 23:47

Gözdəymə və ondan necə qorunmaq haqqında

23 İyul 2017 23:42

Abşeron çimərliyində 37 yaşlı kişi batıb

23 İyul 2017 23:37

Xəzərdə 37 yaşlı kişi batdı

23 İyul 2017 23:34

Ermənistanda hərbçinin asılmış meyiti tapıldı

23 İyul 2017 23:33

Məlahətli pilot Playboy üçün soyundu - FOTO

23 İyul 2017 23:32

İranda 5,4 bal gücündə zəlzələ olub

23 İyul 2017 23:27

Yaxınlarını itirmək qorxusundan neca azad olmaq olar?

23 İyul 2017 23:22

Arvadını boşadı, sevgilisini də tərk edib yenisini tapdı - FOTO

23 İyul 2017 23:22

İndoneziyada güclü zəlzələ -

23 İyul 2017 23:22

Qvardiola “Real”dan oyunçu aldı

23 İyul 2017 23:19