"Günəşli"də xəsarət alan neftçilərdən 3-ü evə buraxıldı

"Günəşli"də xəsarət alan neftçilərdən 3-ü evə buraxıldı
17:04 24 Dekabr 2015
29 Sosial
Ölkə mətbuatı
A- A+

SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 3-ü evə buraxılıb.

 

MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya bildirib ki, xəstəxanada olan neftçilərin müalicəsi davam etdirilir. Onun sözlərinə görə, neftçilər – Mərdan Rəcəbov, Rəşid İbrahimov, Elşən Mustafayev müalicələri başa çatdığı üçün evə buraxılıblar.

 

A. Fətəliyeva əlavə edib ki, hazırda xəstəxanada qalan 6 neftçinin müalicəsi davam edir. 

 

Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR