Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

32 yaşlı gözəlin faciəli sonu - fotolar

32 yaşlı gözəlin faciəli sonu - fotolar

Date: 24 December 2015 17:11

Keçmiş gözəllik kraliçası 32 yaşlı Natali Gentlin meyiti tapılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatıan görə, 2007-ci ildə İngiltərədə keçirilən yarışmada "gözəl üzlü" seçilən Natali ondan sonra həyatının müsbətə doğru dəyişəcəyini düşünmüşdü. Lakin o, narkotik maddələr və əxlaqsızlıqla məşğul olmağa başladı.

Dəfələrlə bu səbəbdən həbs olunan gənc qadın qonşularının da şikayətinə səbəb olurdu. Onlar Natalinin evindən çoxlu səs gəldiyini, yad insanların qapıları səhv salaraq tez-tez onu axtardıqlarını deyiblər.

2010-cu ildə yaşadığı evi əxlaqsızlıq yuvasına çevirməsi iddialarıan görə oradan köçməli olur. Keçən il məhkəməyə çıxan qadının iki il yarımdır narkotik maddədən istifadə etməyi məlum olub.

Üç gün əvvəl isə yeni evinin qapısını sındırıb içəri girən polislər keçmiş gözəli ölü vəziyyətdə tapıblar. Dostları onun bütün mənfiliklərinə rəğmən yaxşı insan olduğunu deyiblər. Onlar Natalini kömək etmədiyi üçün məhkəməni günahlandıraraq sosial şəbəkədə "heç vaxt unudulmayacaqsan" yazıblar.

Qonşuları "Natalı yaxşı qız idi, amma səhv yola girmişdi. Kömək istəyirdi, lakin heç kim etmədi" deyiblər.







Tags:  yaşlı gözəlin faciəli sonu fotolar

RƏYLƏR


Top news