Putinin ətri təqdim olundu (FOTO)

Putinin ətri təqdim olundu (FOTO)
17:16 24 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Belarusda ətriyyat şirkətlərindən biri Rusiya prezidenti Vladimir Putinin şərəfinə ətir istehsal edib.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbər “Leaders” jurnalının Facebook səhifəsində qeyd edilib.

Jurnalın məlumatına görə, Moskvada təqdim edilmiş ətir "Leaders Number One" adlandırılıb.

"Ətrin hazırlanması zamanı Belarus ətriyyatçısı Vladislav Rikunov Rusiya liderinin obrazından ilhamlanıb",-deyə jurnalda yazılıb.


Vladimir Putinin şərəfinə istehal olunan ətir


Ətirin bir flakonun qiyməti (100 ml) 6 min rubl (133 manat) təşkil edir. Rikunovun hazıladığı ətir Moskvadakı Mərkəzi Univermaqda təqdim olunub.

Məlumata görə, ətirin satışından əldə olunan gəlir xəstə uşaqların müalicəsi ilə məşğul olan xeyriyyə fondlarına köçürüləcək. Məbləğin bir hissəsi də uşaq evlərinin sakinlərinə Yeni il hədiyyələrinin alınmasına sərf olunacaq.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin şərəfinə brilyant qaşlı telefon hazırlanmışdı.

Eksklüziv iPhone 6S“Caviar” şirkəti tərəfindən işlənilib.

Şirkətin saytında yer alan məlumata görə, ilk dəfə olaraq satışa 19 bahalı daşla işlənilən mobil telefon çıxarılıb. Putinə həsr edilən telefonun arxa hissəsində Rusiya Federasiyasının gerbi yer alıb. Qızıldan olan bu gerbin üzəri 16 brilyant qaşla bəzədilib.


Vladimir Putinə həsr edilən mobil telefon


Daha üç brilyant isə Rusiya prezidentinin ad və soyadının aralığında bərq vurur. Hər daşın diametri yarım millimetrdir. Kompozisiyanın mərkəzində isə Putinin qızıldan işlənilmiş portreti təsvir edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368067

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR