Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nardaranda polis bölməsinin tikintisi başa çatdı

Nardaranda polis bölməsinin tikintisi başa çatdı

Date: 24 December 2015 17:19

Nardaran qəsəbəsinin mərkəzi meydanında polis bölməsi üçün inşa edilən inzibati binanın tikintisi başa çatıb.

 

APA-nın məlumatına görə, bina istifadəyə tam hazırdır. Hazırda Polis Bölməsinin şəxsi heyəti formalaşdırılır. 42-ci Polis Bölməsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovniki Azər Cahangirova həvalə ediləcəyi gözlənilir.

 

Hazırda Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən A.Cahangirov uzun illər daxili işlər orqanlarında çalışıb. O, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi vəzifəsində çalışarkən həmin vaxt Bakının Nardaran və digər kəndlərində bir sıra mütəşəkkil cinayətkar dəstə üzvlərinin zərərsizləşdirilməsində yaxından iştirak edib. Onun rəhbərliyi ilə keçirilən əməliyyatlarda xüsusilə ağır cinayətlər törətmiş şəxslər tutularaq məsuliyyətə cəlb ediliblər.

 

Bir neçə günə açılışı gözlənilən Polis Bölməsinin yeni ildən tam gücü ilə fəaliyyət başlayacağı bildirilir.

 

Qeyd edək ki, Nardaran qəsəbəsində polis nəzarəti davam edir. Qəsəbənin giriş-çıxış yollarına polis və Daxili Qoşunların əsgərləri nəzarət edir.


Tags:  Nardaranda polis bölməsinin tikintisi başa çatdı

RƏYLƏR


Top news