Elnurdan Abbasın geyiminə irad: "Xoşuma gəlmədi"

Elnurdan Abbasın geyiminə irad:  "Xoşuma gəlmədi"
17:21 24 Dekabr 2015
35 Şou
Ölkə mətbuatı
A- A+

“Onlar” verilişinin “Fashion” rubrikasının qonağı əməkdar artist Abbas Bağırov olub.

Axşam.az-ın məlumatına görə, stilist Elnur Həsənov müğənninin geyimini müzakirə edib.

A.Bağırov öz zövqünə güvəndiyini söyləyib:

“Özümü zövqlü hesab edirəm. Bəy həmkarlarımdan zövqlü hesab etdiyim yoxdur. Xanımlardan isə Zülfiyyə Xanbabayeva, İradə İbrahimova və Röyanın stilini bəyənirəm”.

E.Həsənov isə A.Bağırovun geyimindəki qüsurları sadalayıb:

“Abbasın bu geyimi səliqəlidir. Ağ-qara rəngi seçib. Qolbağı taxıb. Amma bu kostyuma uyğun deyil. Qalstuku qaradır, üstündəki amil xoşuma gəlmədi. Klassik deyil. Ayaqqabısı da kostyuma uyğun gəlmir. Abbas bu ayaqqabını bir neçə dəfə geyinib. Amma heç vaxt düzgün istifadə etməyib. Bunu cinslə geyinsə, yaxşı olardı. Saç düzümü və saqqalı ona yaraşır”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR