Çörəyin qiyməti dəyişəcəkmi? - nazirlik araşdırır

Çörəyin qiyməti dəyişəcəkmi? - nazirlik araşdırır
17:27 24 Dekabr 2015
133 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda manatın məzənnə dəyişikliyinin çörəyin qiymətinə təsiri araşdırılır.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, manatın "üzən məzənnə" rejiminə keçirilməsi ilə əlaqədar idxal olunan ərzaq buğdasının qiymətinin artması nəticəsində unun və çörəyin qiymətindəki dəyişiklik nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən diqqətlə araşdırır və süni qiymət artımı hallarına yol verilməməsi üçün nəzarət tədbirləri davam etdirilir.

Bir daha diqqətə çatdırılır ki, manatın "üzən məzənnə" rejiminə keçirilməsi ilə bağlı istehlak bazarında yaranmış vəziyyətdən sui-istifadə edən sahibkarlar və ticarət obyektləri barəsində qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR