Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Sınıq Körpü"də fərqli mənzərə

"Sınıq Körpü"də fərqli mənzərə

Date: 24 December 2015 17:27

Qazax, Ağstafa, Tovuz sakinlərinin əksəriyyəti dekabrın son günləri sərhəddi keçərək bayram tədarükünü Gürcüstandan görürdülər. Bu il isə "Sınıq Körpü" sərhəd buraxılış məntəqəsində fərqli mənzərə yaranıb. Kəpəz TV (Region TV) xəbər verir ki, hər il sıxlıq, insan izdihamı müşahidə olunan buraxılış məntəqəsində indi yalnız iri tonnajlı yük avtomobilləri diqqəti çəkir. Sakinlər bunu manatın dollara nisbətdə ucuzlaşması ilə əlaqələndirlər. 

Turizm üçün əlverişli hesab edilən Gürcüstana istirahətə gedənlər də gözə dəymir. Bayram tətilini ucuz və sərfəli keçirmək üçün Bakuriani, Tbilisi, Kabuleti, Batumi və digər şəhərləri seçənlər indi səfərlərini təxirə salırlar. 

Milli.Az


Tags:  Sınıq Körpüdə fərqli mənzərə


RƏYLƏR


Top news