Azərbaycandakı dini icmaların rəhbərləri ABŞ Konqresinə müraciət ünvanlayıblar

17:28 24 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+

“Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb (08 May 2017 12:22)
Şeyxülislam xristianların Pasxa bayramını təbrik etdi (14 Aprel 2017 16:44)
12 dini icmaya maliyyə yardımı ayırılıb - FOTO (10 Mart 2017 20:27)


Bakı, 24 dekabr, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav və Katolik kilsələri, Dağ və Avropa yəhudiləri, Alban Udi icmalarının rəhbərləri Amerika Birləşmiş Ştatları Konqresinə müraciət ünvanlayıblar.
Müraciətdə Helsinki Komissiyasının sədri Kris Smitin hazırladığı “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsinin baxılması üçün Konqresə təqdim olunduğu xatırladılır. Məsələnin siyasi məqamlarına və müəllifin lobbiçilik meyillərinə toxunmadan göstərilən qanun layihəsində Azərbaycanda dini etiqad azadlığı ilə əlaqədar yer almış yanlış mülahizələrə dair narazılığıq bildirilir və bu ölkəmizdə mövcud olan dini tolerantlıq mühitinə qarşı qərəzli kampaniya kimi qiymətləndirilir.
“Bizi təəccübləndirən başlıca amil - cari il ərzində Azərbaycana ABŞ-ın siyasət, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin çoxsaylı heyətlərinin gəlməsinə və dini etiqad azadlığı sahəsində real vəziyyətlə tanış olaraq çox yüksək qiymətləndirilməsinə baxmayaraq, dönüşdən sonra fikir dəyişdirərək ölkəmizdəki mövcud gerçəkliyi əks etdirməyən belə sənədin təqdim olunmasıdır. Biz bunu müəllifin məlumatsızlığı ilə əlaqələndirə bilərdik, lakin müasir dünyada informasiya əldə etmək imkanları bu fikri istisna edir”, deyə müraciətdə qeyd edilir.
Diqqətə çatdırılır ki, tarixən Azərbaycanda ənənəvi dini icmalar - müsəlman məscidləri, xristian pravoslav, katolik, Alban-Udi kilsələri, yəhudi sinaqoqları fəaliyyət göstərib və bu gün də öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirməkdədir. Ölkənin müsəlmanlara məxsus 800-dən artıq məbədində ibadət edən sünnilər və şiələr birlikdə namaz qılırlar ki, bu faktın özü dünyaya örnək ola biləcək məzhəb birliyinin nadir nümunəsidir. Ümumən, bu gün Azərbaycanda qədim Alban-Udi kilsələri ilə yanaşı, pravoslav və katoliklərin 12 kilsəsi, 6 yəhudi sinaqoqu mövcuddur. Dövlət tədbirlərində, dini bayram və mərasimlərdə biz birlikdə iştirak edirik. Dövlətin mənəvi dəstəyi və maddi yardımı sayəsində yüzlərlə dini ibadət ocağı, məscidlər, kilsələr, sinaqoqlar inşa və təmir edilərək dindarların istifadəsinə verilib, dini konfessiyaların ehtiyacları təmin olunub. 2014-cü ildə Prezidentin müvafiq Fərmanı ilə Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Ölkədə son illər keşirilmiş Dünya dini liderlərinin konfransları, “Bakı prosesi” adlanan Multikulturalizm forumları mövcud olan tolerantlıq mühitinin bariz nümunələridir.
Azərbaycanda başqa dinlərə mənsub insanların inanclarına hörmətlə yanaşılır. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Bakının mərkəzində yerləşən erməni kilsəsinin öz fəaliyyətini dayandırmasına baxmayaraq, həmin məbəd də dövlət tərəfindən təmir və bərpa edilib, ona məxsus kitablar və atributlar qorunub saxlanılıb. Hətta Qriqorian kilsəsinin qoruyucusu erməni millətindəndir. Halbuki Azərbaycanın işğal edilmiş ərazilərində - Qarabağ və ətraf bölgələrdə məscidlərimiz, ziyarətgahlarımız, kilsələrimiz, qəbiristanlıqlarımız erməni qəsbkarları tərəfindən xarabazarlığa çevrilib. Biz çox təəssüf edirik ki, konqresmen hazırladığı sənəddə ibadət imkanlarından məhrum olan Qarabağ dindarlarının pozulmuş insan haqları barədə heç bir söz demir.
Qanun layihəsində göstərilir ki, Azərbaycanda Baptist, Yeddinci gün adventistləri, “Pentecostals” nümayəndələri leqal statusa malik deyillər və guya acınacaqlı vəziyyətdədirlər. Bununla bağlı bildirmək istəyirik ki, Azərbaycanda bu cərəyanların nümayəndələri icma deyil, fərdi şəkildə fəaliyyət göstərirlər və onlar icma şəklində təmsil olunmaq üçün müvafiq icra strukturlarına müraciət etməlidirlər. Bu hal əksər dövlətlərin qanunvericilik praktikasında mövcuddur. Əgər söhbət Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərdən gedirsə, sual olunur – hansı ölkədə müvəqqəti yaşayan şəxslərə onların etiqadına uyğun icmalar və yaxud məbədlər yaradılır?
Göstərilən layihə mətnində qeyd olunur ki, Azərbaycanda guya çoxlu sayda dini məhbus mövcuddur. Birmənalı şəkildə bəyan edirik ki, həmin şəxslər dini fəaliyyətlərinə görə deyil, əksinə dini şüarlardan sui-istifadə edərək terrorizmə çağırış, dövləti silah gücünə çevirməyə cəhd kimi radikal və ekstremist təmayüllü hərəkətlərinə görə azadlıqdan məhrum edilmiş cinayətkarlardır. Radikal və ekstremist təmayüllü şəxslər nədən ABŞ-da və ya Avropada “cihadist” adlanırlar, Azərbaycanda isə “vicdan məhbusu?!” Biz əminik ki, Amerika Birləşmiş Ştatlarında belə terror əməllərini törədənlər ədalət məhkəməsindən qaça bilməzlər.
Qeyd edilir ki, Azərbaycanda mövcud olan tolerantlıq mühiti sözdə deyil, əməldədir. Canlı nümunə bu müraciətin altındakı imzalardır. Biz heç zaman Azərbaycanda dini zəmində qarşıdurma yaşamamışıq və buna yol verməmişik. Bu tolerantlıq bizim ruhumuzda, qanımızdadır və Azərbaycan dövlətinin apardığı siyasətin tərkib hissəsidir.
“Sizi Azərbaycan gerçəkliklərinə obyektiv reaksiya verərək, layihənin müzakirəsi zamanı bizim mövqeyimizi də nəzərə almağa və düzgün qərar verməyə çağırırıq. Müraciətimizi Vatikan Dövlətinin və dünya katoliklərinin sabiq rəhbəri Roma Papası II İoann Pavelin 2002-ci ildə Azərbaycana səfəri zamanı ölkəmizdə üç səmavi dinə göstərilən qayğıya görə səsləndirdiyi dua ilə bitirmək istəyirik: “Qoy üç böyük din tərəfindən izhar edilmiş bu məhəbbət şahidliyinə görə Yaradana həmd olsun!”, - deyə dini müraciətdə qeyd olunur.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qatıq suyu ilə bir çox xəstəlikdən qurtulun

22 May 2017 21:52

Rusiya Türkiyədən pomidor tədarükünə qoyulan qadağanı götürməyəcək

22 May 2017 21:52

Dubayda daha bir MÖHTƏŞƏM YENİLİK

22 May 2017 21:48

Avtobusda qızlar arasında düşən davanı şahidlər lentə aldı - VİDEO - FOTO

22 May 2017 21:47

BMT-nin baş katibi KXDR-nı raket sınaqlarını dayandırmağa çağırıb

22 May 2017 21:43

Azərbaycanda QƏRİBƏ OLAY: evdə hər şey öz-özünə alışıb yanır - VİDEO

22 May 2017 21:42

Van Dammın 25 yaşlı qızı - FOTO

22 May 2017 21:37

Çiyələk və gilas 87 manata - ŞOK QİYMƏTLƏR - FOTOLAR

22 May 2017 21:33

"İran heç vaxt nüvə silahına malik olmayacaq"

22 May 2017 21:32

Gəzinti Alzheymer xəstəliyinin riskini azaldır

22 May 2017 21:32

Bəyazın verilişində 35 yaşlı dünya gözəlindən möhtəşəm RƏQS - VİDEO

22 May 2017 21:32

İslam Oyunlarının bağlanış mərasimi başlayıb -

22 May 2017 21:28

Sizcə, bunlar nədir? - FOTO

22 May 2017 21:27

Ət və şokolad yeyəndə... depressiyaya düşürsən

22 May 2017 21:27

Ananın qabırğa sümüklərindən oğlu üçün qulaq hazırlandı - DÜNYADA İLK - VİDEO

22 May 2017 21:23

Bu meyvə xərçəngin qarşısını alır - BİLMƏDİYİNİZ FAYDALARI

22 May 2017 21:17

Ekstrasens Məlahət tapıldı və elə şeylər dedi ki...

22 May 2017 21:12

"Həmin gənclərə sözüm odur ki..." - FOTO

22 May 2017 21:12

7 xəstəliyə çarə olan QIZILI YAĞ

22 May 2017 21:12

Məşhur mütəxəssis Premyer Liqa klubundan qovuldu

22 May 2017 21:07

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

22 May 2017 21:05

Arvadı Trampı İsraildə biabır etdi - VİDEO

22 May 2017 21:03

Azərbaycan və BƏƏ XİN başçıları arasında görüş keçirilib

22 May 2017 21:02

Qadınların həyatdakı ən gözəl vəzifəsi… -

22 May 2017 21:00

"Qonşuda yatırıq ki, sel bizi aparar" - Şamaxıda leysan - VİDEO - FOTO

22 May 2017 20:57

Tramp: “İran buna heç vaxt nail olmayacaq”

22 May 2017 20:53

İslamiadanın bağlanış mərasimi necə olacaq?

22 May 2017 20:52

Açılışa alt paltarında gəldi - FOTO

22 May 2017 20:52

Bakıda iki qardaşın ölməsi ilə nəticələnən yanğının detalları açıqlandı -

22 May 2017 20:50

Tramp: “İran Obamaya minnətdar olmalıdır”

22 May 2017 20:49

35 milyonluq ulduz "Real"dan gedir? - RƏSMİ

22 May 2017 20:47

23 yaşlı qız onu zorlamaq istəyən kişinin cinsiyyət orqanını kəsdi - VİDEO - FOTO

22 May 2017 20:47

Bakı Olimpiya Stadionunda möhtəşəm konsert başladı

22 May 2017 20:38

"Oyunlar İslam Ümmətində həmrəyliyin güclənməsinə öz töhfəsini verəcək"

22 May 2017 20:32

Səmranın sinə dekolteli geyimi - FOTO

22 May 2017 20:32

Prezident İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul edib

22 May 2017 20:31

Ötən il 31 milyon insan öz evlərini tərk edib - SƏBƏB

22 May 2017 20:27

"Kimdə sənətə qarşı canfəşanlıq qalıb?" - Elnur - FOTO

22 May 2017 20:27

İslamiadaya görə veriləcək mükafatın məbləği - 25 milyon 650 min

22 May 2017 20:27

"Belə bir adamı artıq tanımıram"

22 May 2017 20:22

Elmar Məmmədyarov və BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri mətbuata birgə açıqlama veriblər

22 May 2017 20:22

Türkiyədə “Microsoft”a qarşı cinayət işi açılıb

22 May 2017 20:22

İslam Oyunlarının bağlanış mərasiminin detalları məlum oldu

22 May 2017 20:17

“Çevriliş cəhdi ilə...” - Qiyamın əsas şübhəlisindən İLK İFADƏ

22 May 2017 20:13

Bütün gecə hər kəsin gözü onda oldu - FOTO

22 May 2017 20:12

Cənubi Koreyalı turist: Bakı İslam Həmrəyliyi Oyunları maraqlı tamaşadır

22 May 2017 20:08

Dərman qutusundan narkotik vasitə və psixotrop maddələr çıxıb

22 May 2017 20:08

Bakı klubunda "Xəzər Lənkəran"dakından 15 dəfə az qazanıb - FOTO

22 May 2017 20:07

Adam qanına susayan PREZİDENT, iyulda MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

22 May 2017 20:03

Naxçıvanda torpaqların öyrənilməsi üçün 150-dən çox ekspedisiya təşkil olunub

22 May 2017 20:02