Müğənnilər toy qiymətlərini artıracaqmı? - sorğu

Müğənnilər toy qiymətlərini artıracaqmı? - sorğu
17:31 24 Dekabr 2015
64 Şou
Ölkə mətbuatı
A- A+

Dolların bahalaşması və manatın dəyərdən düşməsi bir çox sektorda qiymət artımına səbəb olub. Ərzaq mallarının, dərmanların, texniki avadanlıqların qiymətləri qaldırılıb. Bəs bu durumda şou-biznes nümayəndələri necə addım atacaq? Vergilər Nazirliyi tərəfindən nəzarətə götürülən məşhurlar da bahalaşmanı əsas gətirib toy qiymətlərini artıracaqlar?

Axşam.az xəbər verir ki, musavat.com sənət adamları arasında sorğu aparıb. Onlardan toy qiymətlərində dəyişiklik edəcəklərini soruşub. Bəzi məşhurlar toy qiymətində dəyişiklik etməyəcəklərini desə də, bəziləri endirim edəcəklərini bildiriblər:

Xalq artisti Brilliant Dadaşovanın prodüseri bildirib ki, müğənni toy qiymətini qaldırmağı düşünmür:

“Brilliant xanımın başı  Yeni il çəkilişlərinə qarışıb. Toy qiymətini qaldırmağı düşünmür. Hələ ki, belə bir fikri yoxdur”.

Xalq artisti Ağadadaş Ağayev:

“Mən toy qiymətimi qaldırmağı düşünmürəm. Vaxtaşırı fiziki şəxs kimi də dövlətə vergi ödəyirəm”.

Xalq artisti Faiq Ağayev toy qiymətlərini stabil saxlayan məşhurlardandır:
 
“Mən nə fevralda, nə də indi toy qiymətimi dəyişdim. İnsanları anlamaq lazımdır. Toy qiymətim olduğu kimi qalır. Hələ ki, danışdığımız toylardan imtina edən də olmayıb”.

Əməkdar artist Abbas Bağırov toy qiymətində endirim edəcəyini açıqlayıb:

“Mən  toy qiymətimi 50% aşağı salacam. Mən çox toylara getmirəm. Vaxtımı öz sənətimə sərf edirəm. Artıq 5 ildən çoxdur ki, getdiyim toyları xüsusilə seçirəm. Sənət yoldaşlarıma da  qiymət artımı etməyi məsləhət görmürəm”.

Əməkdar artist Ədalət Şükürov qeyd edib ki, 10 ildir  toy qiymətini dəyişmir:

“Mən 10 ildir ki, toy qiymətimi qaldırmıram, bu haqda da düşünmürəm. Müğənnilərə də məsləhət görürəm ki, toy qiymətini qaldırmasınlar. Biz Azərbaycanda yaşayırıq, pul işlərimizi manatla aparırıq. Xaricə getsək, orada qiymət dəyişikliyi etmək olar. Mənə elə gəlir ki, xalqın xətrinə dəymək olmaz. Biz də qiyməti qaldırsaq, camaatın halı necə olar?  Kim  qiymətini qaldırırsa, özü bilər. Amma mən məsləhət bilmirəm”.

Müğənni Röyanın prodüseri Kənan Bayramov bildirib ki, Röya toy qiymətini qaldırmaq haqda düşünmür.

Müğənni Günay İbrahimlinin prodüseri qeyd edib ki, müğənnini toya çağıran yoxdur:

“Açıq danışacam. Biri var müştəri deyir ki, imkanı yoxdur, qiyməti salın.  Hazırda, ümumiyyətlə, toya çağıran yoxdur. Restoranlar toy götürmür. Toy olsa, endirim edəcəyik. Qiymət artırmaq haqda düşünmürük”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43098

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR