Məşhur məşqçi Azərbaycan klubunda

Azərbaycan Superliqasında və Çempionlar Liqasinda keçirdiyi son oyunlarda alınan ardıcıl məğlubiyyətlərin ardından "Lokomotiv"də məşqçi dəyişikliyi olub.


Komandanın mətbuat xidmətinin məlumatına görə, italyan Fransua Salvagnidən boşalan baş məşqçi postuna digər italyan mütəxəssis - dünyaca məşhur məşqçi Karlo Parisi gətirilib.

45 yaşlı italyan mütəxəssis 2014-15 mövsümündə gənclərdən qurduğu "Busto Arsizio" klubunu Çempionlar Liqasının finalına daşıyaraq adından söz etdirmişdi. "Dəmiryolçular"ın sükanı arxasına keçməzdən öncə 11 il İtaliyanın məhşur klubu "Busto Arsizio"nu çalışdıran təcrübəli mütəxəssis 2012-ci ilin fevral ayından eyni zamanda Çexiya millisinə də başçılıq edir.

Klub rəhbərliyi rəsmi müqaviləyə imza atan Parisinin qarşısına Çempionlar Liqasının "Dördlər finalı"na vəsiqə və Superliqada çempionluq kimi iki böyük tapşırıq qoyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR