Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ neft ixracına başlayıb

ABŞ neft ixracına başlayıb

Date: 24 December 2015 17:42

Bakı. 24 dekabr. REPORT.AZ/ ABŞ-da son 40 ildə ilk dəfə olaraq neft ixracı üzrə müqavilə imzalanıb. "Report"un "The Wall Street Journal"a istinadən verdiyi xəbərə görə, Texasda yerləşən "Enterprise Products" şirkəti yanvar ayının əvvəlində İsveçrədəki neft emalı zavoduna 600 min barel neft göndərəcək. Texasda hasil olunan neft, Hyuston terminalından yola düşəcək. "Enterprise Products"un baş əməliyyat direktoru Cim Tiq bildirib ki, neft ixracına qoyulan qadağanın götürülməsi ABŞ-da iqtisadi artıma və yeni iş yerlərinin açılmasına müsbət təsir edəcək və ən başlıcası ölkənin enerji təhlükəsizliyini gücləndirəcək.
Müqavilə Niderlandın "Vitol Group" şirkəti ilə bağlanıb. İlk partiya İsveçrədəki neft emalı zavodlarına çatdırıldıqdan sonra oradan dizel və digər yanacaq növləri Şimali Avropa ölkələrinə nəql ediləcək.
"Report"un analitik qrupu hesab edir ki, ABŞ-dan həyata keçirilən neft ixracı Avropa bazarında satıcılar arasında rəqabəti daha da gücləndirəcək. Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı Şərqi Avropa ölkələrində fəaliyyətini genişləndirməyə və Rusiyanın bu bazarda payını azaltmağa başlayıb. Avropa bazarına neft ixrac edən ölkələrin sayının artması "Brent" markalı neftin düşməsinə səbəb olacaq. Lakin, bununla yanaşı ABŞ-ın WTI markalı neftə tələbat və onun qiyməti artacaq. 
Qeyd edək ki, 2011-ci ildən "Brent" markalı neft WTI neftindən baha satılsa da, neft bazarındakı son hadisələr  qiymətlərin WTI markalı neftin xeyrinə dəyişməsinə səbəb olub.

Tags:  ABŞ neft ixracına başlayıb

RƏYLƏR


Top news