Xalası oğlunu öldürən şəxs: "Anamı söydüm, o da məni vurdu" - MƏHKƏMƏ ZALINDAN

Xalası oğlunu öldürən şəxs: "Anamı söydüm, o da məni vurdu" - MƏHKƏMƏ ZALINDAN
17:44 24 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu qətlə yetirməkdə təqsirli bilinən Şamaxı rayon sakini, 1985-ci il təvəllüdlü Şahlar Mürşüdovun cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Ş. Mürşüdov ittiham üzrə özünü qismən təqsirli bilib.

 

Təqsirləndirilən şəxs məhkəmədə sərbəst ifadə verib. O, ifadəsində peşmanlığını ifadə edib, xalası oğlunu qətlə yetirdiyi an sərxoş olduğunu deyib: “Hadisədən bir gün qabaq atamın ölümünün il mərasimi idi. Şamaxıya getmişdik. Yası yola verdik. Xalamın oğlanları orda idi. Səhər açıldı. Ailəmlə Bakıya gələsi idim. Xalam oğlu Yalçın dedi ki, qal, axşam tərəfi bir gedərik. Razılaşdım. Araq aldıq. Yeyib-içdik. Sonra evin zirzəmisində domino oynamağa başladıq. Səs-küy düşmüşdü. Qardaşımın həyat yoldaşı Elmira gəldi ki, dominonu bir az sakit oynayın. Bu, mənə xoş gəlmədi. Əsəbləşdim. Anama dedim, bu gəlini necə qudurtmusan ki, atamın evində mənə sakit olmağı deyir. Anamı söydüm. Xalamoğlu İlkin mənə kəllə ilə zərbə vurdu. Ağzımdan və burnumdan qan açıldı. Qanı görən kimi özümdən çıxdım. Mətbəxə girdim. Yalçın gəlib əl-ayağımı tutdu. Əlimdəki bıçağı 3 metrdən İlkinə atdım. Bıçaq İlkinə dəydi. Taksiyə mindim. Ailəmlə Bakıya qayıdırdım. Yolda telefonuma zəng gəldi. Polis idi. Dedim ki, arvad-uşağı evə qoyub qayıdıram. Müşfiq postunda məni tutdular. Peşmanam. Gərək belə olmazdı. Doğmaca xalamoğlunu öldürdüm”.

 

Təqsirləndirilən şəxs hakim və prokurorun suallarını cavablandırıb.

 

Bundan sonra zərərçəkmişin hüquqi varisi Yalçın Novruzov ifadə verib. O, ifadəsində qardaşı İlkinin xalası oğlu Şahlar tərəfindən öldürüldüyünü təsdiqləyib: “Şahların atasının ilinə getmişdik. Qalası olduq. Səhəri Şahlara dedim ki, tez getmə, axşamçağı hamımız Bakıya gedirik, bir mikroavtobus tutub, gedərik. Razılaşdı. Araq aldı. Evdə kartof qızartdılar. Mənim yoldaşım kartof yemir. Şahlar uşağa pul verdi ki, iki-üç dönər alsınlar. Kartof yeməyənlər, dönər yesin. Biz araq içdik. Bilirdim ki, Şahlar araq içəndə pis olur. Az içməsini məsləhət görmüşdüm. Yeməkdən sonra zirzəmiyə domino oynamağa düşdük. Şahlar yüksək səslə danışır, söyüş söyürdü. Mənim sözümə qulas asandır. Dedim, yavaş qışqır, yoldan keçən olur. Deməsinlər ki, dünən atasına yas verib, bu gün araq içib şənlənir. Bir müddət keçdi. Səs-küy çoxaldı. Balaca xala uşağının yoldaşı Elmira gəldi ki, yuxarıda uşaq yatır, yavaş danışın. Şahlar özündən çıxdı. Anasının üstünə getdi. Nəsil, ölü, diri qoymadı. Bu, bizə də xoş deyildi. Çünki xalamız söyülürdü. Həddindən artıq biədəb söyüşlər söyürdü. İlkin dözmədi. Bir kəllə vurdu. Dava-dalaş düşdü. Şahlar mətbəxə getdi. Dalınca mən girdim. Onu sakitləşdirməyə çalışdım. O, ailəsini də taksiyə mindirdi ki, gedirəm. Taksiyə minəndə, onu çəkib qırağa bir-iki söz dedim. Hörmətsizlik elədiyini bildirdim. Dalımca gəldi. İlkini görəndə yenə mübahisə düşdü. Mətbəxdən bıçaq götürdü. Onun qabağını mən və gəlinləri Elmira aldı. Elmira hamilə idi. İtələyib onun getməyini istədim. Bütün bədəni mənim əlimdə idi. Bircə əli boş qalmışdı. Bıçaq da o əlində idi. 2-3 metrdən bıçağı İlkin tərəfə atdı. Bıçaq düz İlkinin yan tərəfinə girdi. Şahlar bunu görən kimi ordan qaçdı. İlkin bıçağı yanından çıxardı. Qapıdan çıxdı. Bir az büdrədi. Bir iki addım qabağa getdi. Arxa tərəfə yıxıldı. Qonşuda Raminə dedim ki, maşını gətir. Şahların qardaşı və mən İlkini xəstəxanaya apardıq. Yolda ürəyinə baxdım, ölməmişdi. Xəstəxanaya çatanda xırıldayırdı. İkinci mərtəbəyə qaldırdıq. Həkim dedi ki, artıq dünyasını dəyişib”.

 

Yalçın Novruzov qardaşını öldürən xalası oğlundan şikayətçi olduğunu deyib.

 

Məhkəmə prosesi gələn il yanvarın 6-da davam edəcək.  

 

Qeyd edək ki, qətl hadisəsi bu il avqust ayının 10-da Şamaxı şəhərində baş verib. Rayon sakini Şahlar Mürşüdov evində münaqişə zəminində Ağsu rayon sakini, qohumu İlkin Novruzova bıçaqla xəsarət yetirərək, “Mercedes” markalı avtomobildə hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən İ.Novruzov orada ölüb.

 

Ş.Mürşüdov Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki stasionar postunda saxlanılıb və Rayon Polis Şöbəsinə təhvil verilib.

 

O, Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bir qrup hərbi qulluqçu şəhidin ad günündə ailəsinə baş çəkib

16 Avqust 2017 18:59

Bu qidaları yeyən uşaqlar daha ağıllı olur - FOTOLAR

16 Avqust 2017 18:48

Binəqədi-Novxanı avtomobil yolu çöküb

16 Avqust 2017 18:48

Milli Məclis sədrinin müavini Polşanın təhsil naziri ilə görüşüb

16 Avqust 2017 18:47

Sevgilisindən Neymara - AĞIR ZƏRBƏ

16 Avqust 2017 18:43

Azərbaycanda müdhiş oğurluq: nadir tapıntılar yoxa çıxdı

16 Avqust 2017 18:29

Saqqızın hazırlanması üsulu

16 Avqust 2017 18:29

Keti Perrinin VAMPİR sevgilisi üzə çıxdı – EŞQ ÜÇBUCAĞI - FOTOFAKT

16 Avqust 2017 18:28

Səfir: "Bu gün Azərbaycanda Rusiyada təhsil almağa yüksək maraq var"

16 Avqust 2017 18:27

U-17 bosniyalılara uduzdu

16 Avqust 2017 18:27

65 illik evli cütlük həyatlarına əl-ələ son qoydu

16 Avqust 2017 18:23

Naz Azərbaycan xalqını təhqir etdi

16 Avqust 2017 18:22

Dənizdə batan şəxs xilas edilib

16 Avqust 2017 18:20

Su borusu partladı, yol çökdü - FOTO

16 Avqust 2017 18:14

EVİMİZDƏKİ TƏHLÜKƏ - O hər an və hər yerdə bizi izləyir

16 Avqust 2017 18:13

Azərbaycan Prezidenti indoneziyalı həmkarını təbrik edib

16 Avqust 2017 18:12

Gavalı mürəbbəsinin hazırlanması

16 Avqust 2017 18:10

Erməni həkimin "müalicə" etdiyi bakılı bacıların DƏHŞƏTLİ HƏYATI: "Günlərlə evdə ac qalırıq..." - FOTOLAR

16 Avqust 2017 18:08

"Qarabağ" nə qədər qazanacaq?

16 Avqust 2017 18:07

İlham Əliyev Qabon Prezidentini təbrik edib

16 Avqust 2017 18:01

"Qarabağ"ın oyunçusu Çempionlar Liqası yığmasında

16 Avqust 2017 17:59

Əsl sovet plombirinin RESEPTİ

16 Avqust 2017 17:58

"Diva"-nın konsertindən məşqlər

16 Avqust 2017 17:58

Abşeronda su borusunun partlaması yolun çökməsinə səbəb olub

16 Avqust 2017 17:57

Bu il məişət tullantılarını zibil qutularından kənara tullayan 488 nəfər məsuliyyətə cəlb edilib

16 Avqust 2017 17:57

İlham Əliyev Qabon Prezidentini təbrik etdi

16 Avqust 2017 17:53

Bakıda öldürülən gəncin anası apellyasiya şikayəti verib

16 Avqust 2017 17:52

İnsan beyni haqda çox maraqlı faktlar

16 Avqust 2017 17:49

Ukraynaya yeni hücum hazırlanır - TARİX AÇIQLANDI

16 Avqust 2017 17:48

Azərbaycanlı aparıcının Amerika macəraları – FOTOLAR

16 Avqust 2017 17:38

“Milan”ın futbolçusu İspaniya klubuna keçib

16 Avqust 2017 17:37

“WhatsApp”, “Viber” və “Telegram” messencerlərini vahid çatda birləşdirən proqram təminatı hazırlanıb

16 Avqust 2017 17:35

Sabaha olan məzənnə

16 Avqust 2017 17:33

Bakıda İran vətəndaşını avtomobillə vuraraq öldürən sərxoş taksi sürücüsü həbs olunub

16 Avqust 2017 17:32

Ali məktəblərə qəbul planının neçə faizi dolub? - RƏSMİ AÇIQLAMA

16 Avqust 2017 17:29

Hava limanında güclü PARTLAYIŞ - FOTO

16 Avqust 2017 17:23

Xəzərin Corat qəsəbəsi hissəsində 1 nəfər batıb

16 Avqust 2017 17:22

DİM: Magistraturaya qəbul planı 82.58 faiz dolub

16 Avqust 2017 17:22

Azərbaycanda Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

16 Avqust 2017 17:22

Röya konsert verdi

16 Avqust 2017 17:22

Bakıdan 10 min kilometr aralıda yaşayan azərbaycanlılar: "Təki narkotikdən, ağır cinayətlərdən uzaq olun, yanınızdayıq"

16 Avqust 2017 17:19

Coratda bir nəfər dənizdə batdı

16 Avqust 2017 17:14

Manatın sabaha olan MƏZƏNNƏSİ

16 Avqust 2017 17:13

Ana və iki azyaşlı övladı yandı - MASALLIDA

16 Avqust 2017 17:13

Sərhəd zastavasının xidməti ərazisində gizlədilən silah-sursat aşkarlanaraq götürülüb

16 Avqust 2017 17:12

Doğuşdan sonra ölən anaların sayı niyə artır?

16 Avqust 2017 17:10

Lavrov: “Şimali Koreyanın iqtisadi boğulmasını dəstəkləmirik”

16 Avqust 2017 17:08

İstanbulda terror aktı törətmək istəyən 5 nəfər tutulub

16 Avqust 2017 17:07

Prezident onları təltif etdi - SİYAHI

16 Avqust 2017 16:58

Məşhur aktrisanın bikinidə şəkilləri ORTAYA ÇIXDI - FOTO

16 Avqust 2017 16:58