Şəmkirdə fiziki qüsurlu uşaqlara əlil arabası hədiyyə edildi

Şəmkirdə fiziki qüsurlu uşaqlara əlil arabası hədiyyə edildi
17:44 24 Dekabr 2015
59 Sosial
Ölkə mətbuatı
A- A+

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Şəmkirdə fiziki qüsurlu uşaqlara əlil arabası hədiyyə edilib.

Lent.az-ın xəbərinə görə, “Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında həyata keçirdiyi “Şəmkir şəhər sağlamlıq imkanları məhdud uşaqların icma əsaslı Sosial Reabilitasiya Mərkəzinin fəaliyyətinin təşkili” adlı layihəsinin yekun tədbirini təşkil edib. 

Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə adaptasiyası və bunun qarşısını alan problemlərin aradan qaldırılmasıdır. Layihə doqquz ay boyunca Şəmkir şəhərində davam edib, yetmiş nəfər sağlamlıq imkanı məhdud uşağın reabilitasiya proqramını həyata keçirib. İcma əsaslı reabilitasiya proqramına sağlamlıq imkanı məhdud uşaqların valideynlərinin psixoloji tədbirlərlə maariflənməsi üçün seminarlar, müxtəlif kurslar vasitəsilə sağlamlıq imkanı məhdud uşaqların nitq qabiliyyətinin yaxşılaşdırılması üçün loqoped dərsləri, motorikanın gücləndirilməsi üçün əl işləri kursları, sosial bacarıqlarının artırılması üçün müxtəlif ekskursiyalar, maarifləndirici tədbirlər daxil edilib.

“Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi Gəncliyə Yardım Fondunun fəaliyyətini nəzərə alaraq, layihənin icrası zamanı əlil arabasına olan ehtiyacları Fonda ünvanlayıb. Müraciətləri nəzərə alaraq Gəncliyə Yardım Fondu on uşağı əlil arabası ilə təmin edib.

Qeyd edək ki, layihənin icrası Şəmkir Heydər Əliyev Mərkəzi ilə birgə əməkdaşlıq, Şəmkir rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib.

 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226453

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR