Azərbaycanda toylar da bahalaşdı: şadlıq evləri qiymətləri qaldıracaq

Azərbaycanda toylar da bahalaşdı: şadlıq evləri qiymətləri qaldıracaq
17:47 24 Dekabr 2015
86 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl dolların bahalaşması və manatın "üzən məzənnə" kursuna keçidlə bağlı kəskin ucuzlaşması ölkədə banka borcu olanların vəziyyətini daha da çətinləşdirdi.

Səbəb aydındır: ölkə əhalisinin kifayət qədər böyük qisminin, yəni 3,5 milyondan çox adamın banka borcu var. İyul ayına olan statistik məlumata görə, bu, 9 milyon yarım əhalisi olan ölkənin 26 faizi hesab olunur.

Manatın fevral ayındakı 33 faizlik ucuzlaşmasından sonra uzun müddət bankların yalnız dollarla kredit verdiyini nəzərə alsaq, deyə bilərik ki, banka borcluların kifayət qədər böyük qismi dollarla borclananlardır.

İndiki vəziyyət isə onların borcunun, eləcə də aylıq faiz ödənişlərinin 50 faiz artmasına səbəb oldu.

Vəziyyət təkcə bank sektorunda deyil, hər sahədə dəyişib. Elə ən azı bank borcları qədər vacib olan ərzaq məhsulları da 50 faiz bahalaşıb. Bu isə o deməkdir ki, bu bahalaşma özünü təkcə ərzaqda, gündəlik tələbat mallarında yox, şadlıq evləri, kafe və restoranlarda da biruzə verəcək.

Məhərrəmlik ayının bitib toy mövsümünün başladığını nəzərə alsaq, deyə bilərik ki, hazırda Azərbaycan xalqının iki əsas problemi var - bank borcları və toylar. Çünki toy xərcləri orta statistik azərbaycanlının ailə büdcəsində əhəmiyyətli paya malikdir.

Bəs hətta rayon sakinlərinin də övladlarına Bakıdakı şadlıq evlərində toy mərasimi keçirməsi hallarının kütləviləşdiyi indiki günlərdə bu sual avtomatik olaraq aktuallaşır: hər şeyin az qala yarıbayarı bahalaşdığı bir vaxtda şadlıq evlərində qiymətlər nə qədər artıb?

Virtualaz.org saytının müxbiri bu suala cavab axtarıb.

Bəri başdan deyək ki, şadlıq evlərinin bir çoxunda qiymətlər artıq ilk gündən dəyişib. Onlar da təbii ki, bunu ərzaq məhsullarının bahalaşması ilə izah edirlər.

Əlaqə saxladığımız bir neçə şadlıq evinin administratoru da təsdiqlədi ki, qiymətlərdə devalvasiyadan əvvəlki vaxtla müqayisədə fərqlər var.

"Movida Plaza"nın inzibatçısı deyir ki, hazırda qiymətlər minimum 35-37 manat arasında dəyişir: "Qiymətlərdə əvvəlki ilə müqayisədə fərqlər var. Məsələn, əvvəllər 32 manat olan masa indi 35 manatdır. Amma müştərilər gəlir, burada danışırıq, razılaşırıq, bəzən endirim olur".

Müştərinin təklif olunan menyudakı yeməkləri azaldaraq əvvəlki qiyməti saxlamaq təklifinə gəlincə isə restoran əməkdaşı bildirdi ki, bu da müştəri ilə danışıqdan, qonaqların sayından, toyun baş tutacağı zaldan asılıdır.

Devalvasiyadan sonra qiymət dəyişikliyi edən restoranların sayı az deyil. İndi qiymətləri dəyişməyənlər isə yanvardan etibarən dəyişikliklərin olacağını istisna etmir.

"Ay işığı" restoranının əməkdaşı ilə söhbətimizdə qeyd olunan mənzərənin şahidi olduq.

"Hələ ki, köhnə qiymətlərdir, amma təzə qiymətlər müzakirə olunur. Ərzaq məhsulları bahalaşıbsa, bu, yəqin ki, bizə də təsir edəcək. Baha alsaq - baha olacaq, ucuz alsaq - ucuz" - deyə şadlıq evinin administratoru bildirib.

"Hollywood" şadlıq sarayından da eyni cavabı eşitdik: "Hazırda qiymətlər bir nəfər üçün 120-150 manatdır, amma sonrasının necə olacağı bilinmir. Qiymətlərin qalxmaq ehtimalı var. Yəqin ki, yanvar ayından sonra dəyişiklik olacaq".

Qeyd edək ki, köhnə qiymətləri saxlayıb endirim kampaniyalarını ləğv edənlər, müəyyən müddətə qədər, ümumiyyətlə, bahalaşma etməyi planlaşdırmayan restoranlar da var. Bəziləri isə əvvəlki qiymətləri saxlamaq üçün təklif olunan menyulara dəyişiklik etməyi planlaşdırır.

Ümumilikdə isə manatın ucuzlaşması bütün qiymətlər kimi şadlıq evlərindən də yan keçmir. Ötən il toy məclislərinin qanunla tənzimlənməsi və "Toy haqqında" qanun qəbul olunması müzakirə olunurdu. Bu qanun layihəsində məclislərdə təklif olunan yeməklər, müştərilərin ona dəyişiklik edə bilmək imkanı və s. detallar da yer almışdı, amma layihə qəbul olunmadı.

İnzibati yolla tənzimlənmə yoxdursa, bəs çıxış yolu nədir? Necə etmək lazımdır ki, toyxanalar onsuz da böhranlı vəziyyətdə olan əhalinin halını bir az da çətinləşdirməsin?

Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev hesab edir ki, burada əsas iş vətəndaşların üzərinə düşür.

M.Quliyev virtualaz.org saytına açıqlamasında bildirib ki, vətəndaşlar özləri bəzi detallara fikir verməlidir: "Toy sahibləri ilə restoran sahibləri arasında müqavilə olmalıdır. Digər tərəfdən isə vətəndaş çalışmalıdır ki, daha az adamı qonaq çağırsın və daha ucuz menyu seçsin. Onları heç kim dəbdəbəli menyu seçməyə məcbur etmir ki... Heç bir şadlıq evinə məcburiyyət qoymaq olmaz ki, toyu filan qiymətə etməlisən. Bu, bazar iqtisadiyyatının prinsiplərinə ziddir. Vətəndaşlar özləri bu məsələ üzərində düşünməlidir".

Deputatın fikrincə, hazırkı situasiya hər sahəyə təsir edəcək: "Azərbaycan artıq yeni iqtisadi situasiyada yaşayır və neft erası başa çatıb. Bu iqtisadi situasiya da öz tələbini hər sahəyə diqtə edəcək. Ola bilsin ki, yaxın gələcəkdə təmtəraqlı şadlıq evləri bağlansın, ya da fəaliyyət istiqamətini dəyişsin, yəni əvvəlki israfçı toy məclislərini yaxın gələcəkdə görməyəcəyik. Bunlar qanunla tənzimlənən işlər deyil, tələb-təklif prinsipi ilə tənzimlənməlidir".

M.Quliyev əlavə edir ki, vergi orqanları da bu məsələdə diqqətli olmalıdır: "İstər şadlıq evlərində oxuyan müğənnilər, istərsə də menyuların qiymətləri rəsmiləşdirilməli və müqavilə əsasənda müəyyən olunmalıdır. Əgər çox vergi verməli olsalar, restoran sahibləri özü çalışacaq ki, yersiz israfçılıqdan boyun qaçırsın".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İspaniyadakı hücumun təşkilatçısı şəhərin imamı imiş

20 Avqust 2017 02:29

Bal ayına hazırlaşanlar, diqqət! - 10 ən maraqlı yer

20 Avqust 2017 02:28

Azərbaycanın varlı qızları bahalı avtomobilləri ilə... - VİDEO

20 Avqust 2017 02:03

İsrail baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır

20 Avqust 2017 01:47

Ərdoğan Almaniya XİN rəhbərinə: "Həddini bil"

20 Avqust 2017 01:24

Azərbaycan neftinin SON QİYMƏTİ

20 Avqust 2017 01:23

Sumqayıt bulvarında qəribə qadağalar

20 Avqust 2017 01:19

"Səni hər gün daha çox sevirəm" - arvadından azərbaycanlı müğənniyə

20 Avqust 2017 01:03

Qara Qarayev: "Uğurlu nəticə ilə qayıdaraq adımızı tarixə yazdırmağa çalışacağıq"

20 Avqust 2017 00:52

Ağdaşda 6 otaqlı ev yanıb

20 Avqust 2017 00:50

Hovuzlar dənizdən daha təhlükəlidir? - VİDEO

20 Avqust 2017 00:43

Prezident: "Bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır"

20 Avqust 2017 00:29

Aslanlarla dostluq edən alim

20 Avqust 2017 00:26

“Neftçi” azarkeşlərindən növbəti etiraz – “İstefa”

20 Avqust 2017 00:23

Mingəçevirdə mikroavtobus qəzaya düşüb, xəsarət alan var

20 Avqust 2017 00:22

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:13

Kamerunda dəhşətli qəza

20 Avqust 2017 00:07

Avstraliyada naməlum şəxs avtomobili kütlənin üzərinə sürüb - 7 nəfər xəsarət alıb

19 Avqust 2017 23:58

Hikmət Hacıyev: “BMT Baş Katibinin çağırışını dəstəkləyirik”

19 Avqust 2017 23:54

Yaksək maaşlı iş axtaranlar, diqqət

19 Avqust 2017 23:54

Sabaha olan hava proqnozu - 36 dərəcə isti

19 Avqust 2017 23:38

26 yaşlı gənc bıçaqlandı

19 Avqust 2017 23:36

"Qarabağ"ın rəqibi "Kopenhagen" çümpionatda çətin qələbə qazanıb

19 Avqust 2017 23:32

Sızanaqları yox edən təbii maskalar - Aspirin, gil, darçın...

19 Avqust 2017 23:23

Bal ayına hazırlaşanlar, diqqət!

19 Avqust 2017 23:21

Barselonada müsəlmanlar etiraz etdilər

19 Avqust 2017 23:19

Samuxda “Yenikənd” yarımstansiyası istifadəyə verilib

19 Avqust 2017 23:07

"Futbolçuların 99,9 faizi “ulduz xəstəliyi”nə tutulur" - Qurban Qurbanov

19 Avqust 2017 23:07

"Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında qabaqcıl yerdədir"

19 Avqust 2017 23:03

"Başlanğıcda başqa komandalarla oynamaq istərdik" - Zaur Svanadze

19 Avqust 2017 22:57

"Kopenhagen"dən əzmkar qələbə

19 Avqust 2017 22:57

Kənan Doğulu ilə Beren Saat Bodrumda - FOTOLAR

19 Avqust 2017 22:53

Qurban Qurbanov: "Bu gün Əfan komandaya faydalı oyunçudur"

19 Avqust 2017 22:52

Azərbaycanda belə toy olmamışdı: Bəylə gəlin hərbi formada

19 Avqust 2017 22:48

Hikmək Hacıyev: "Azərbaycan mülki insanlarının hədəfə çevrilməsindən ən çox əziyyət çəkən dövlətlərdən biridir"

19 Avqust 2017 22:47

27 yaşlı oğlan naməlum şəraitdə bıçaqlandı

19 Avqust 2017 22:44

"Qarabağ" "İnter"i məğlub etdi

19 Avqust 2017 22:34

İnsanın ruhuna rahatlıq verən, baxmaqdan doymayacağınız TƏBİƏT FOTOLARI

19 Avqust 2017 22:33

Dördüncü Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək

19 Avqust 2017 22:32

"İnter"in baş məşqçisi: "Qışa kimi bizə çox çətin olacaq"

19 Avqust 2017 22:27

Soğanın qiyməti xeyli ucuzlaşdı - VİDEO

19 Avqust 2017 22:23

Rusiya prezidentinə paytaxtı dəyişmək təklif olunub

19 Avqust 2017 22:22

VİDEO: Azərbaycanın varlı qızları bahalı avtomobilləri ilə...

19 Avqust 2017 22:18

"Qarabağ" "İnter"i məğlub edib

19 Avqust 2017 22:07

İlham Əliyev: “Yeni yanaşma ilə kənd təsərrüfatında məhsuldarlığın artımına nail olacağıq”

19 Avqust 2017 22:03

Türkiyədə zibil maşınında partlayış

19 Avqust 2017 22:02

Azərbaycanda belə toy olmamışdı: Bəylə gəlin hərbi formada - YENİ VİDEO

19 Avqust 2017 21:48

"Neftçi" debütanta da uduzdu - VİDEO

19 Avqust 2017 21:47

Kişinin diqqətini cəlb etməyin yolları

19 Avqust 2017 21:42

Prezident: "Kənd təsərrüfatı elmi əsaslarla inkişaf edəcək"

19 Avqust 2017 21:39