Portuqaliyada “Azərbaycan günü” tədbirləri təşkil edilib

17:53 24 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Portuqaliyanın Lusofona Universitetinin təşəbbüsü ilə ölkənin Alfragide və Real kolleclərində “Azərbaycan günü” tədbirləri təşkil edilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, tədbirlər Azərbaycanın multikulturalizmi, mədəniyyəti, dili, adət-ənənələri və folkloru mövzularına həsr edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yerli və xarici ölkələrdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində Portuqaliyanın Lusafona Universitetində fənni tədris edən Maya Cəfərquliyeva, Alfragide kollecinin direktoru, professor Xose Romao, Real kollecinin direktoru, professor Teresa Rosario Damasio çıxışlarında təhsildə mədəniyyətlərarası dialoqun rolundan və müasir dünyada tolerantlığın əhəmiyyətindən danışıblar. Azərbaycan və Portuqaliya arasında mədəniyyətlərarası dialoqun inkişafı da günün mövzuları arasında olub. Tədbir iştirakçıları Azərbaycan multikulturalizminə və mədəniyyətinə çox böyük maraq göstəriblər.
“Azərbaycan günü” tədbirlərində iştirakçıların əl işləri nümayiş olunub. Tələbə və müəllimlər öz istedadlarını və bilik bacarıqlarını göstərmək məqsədilə müxtəlif incəsənət nümunələrini təqdim ediblər.
Tədbirlərin iştirakçıları Azərbaycan çayı və şirniyyatlarına qonaq ediliblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Portuqaliyada_Azerbaycan_gunu_tedbirleri_teskil_edilib-914075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR