Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bank of Baku"dan Yeni ilə özəl kampaniya: manat kreditlərinə 3%-dək endirim

"Bank of Baku"dan Yeni ilə özəl kampaniya: manat kreditlərinə 3%-dək endirim

Date: 24 December 2015 17:53

Bakı. Trend:

Manatla kreditləşməni davam etdirən "Bank of Baku" Yeni il ərəfəsində müştərilərinə bayram hədiyyəsi olaraq nağd pul kreditlərinə 3%-dək endirim tətbiq edir. Bankdan Trend-ə verilən məlumaat görə, endirim kampaniyasından 30 dekabr 2015-ci il tarixinədək banka nağd pul krediti üçün müraciət edən müştərilər faydalana biləcəklər. Kredit manatla dövlət və özəl müəssisələrində çalışan şəxslərə, həmçinin bankın təkrar müştərilərinə 5000-dək məbləğdə 12 ay müddətinə verilir.

Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan iş yerindən arayışı müştərilər bankdan ayrılmadan Elektron Hökumət xidməti vasitəsilə müraciət etdikləri filialda əldə edə bilərlər.

"Bank of Baku"nun təqdim etdiyi digər kredit məhsulları haqqında ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Bank of Bakudan Yeni özəl kampaniya manat kreditlərinə 3-dək endirim


RƏYLƏR


Top news