Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xüsusi internat məktəbində bayram şənliyi

Xüsusi internat məktəbində bayram şənliyi

Bakıda Novruz atəşfəşanlğı (18 Mart 2017 20:57)
Bakıda Novruz şənliyi keçirilir (14 Mart 2017 10:58)
Mehriban Əliyeva Türkan qəsəbəsindəki xüsusi internat məktəbində olub (01 Mart 2017 20:39)

Tarix: 24 Dekabr 2015 17:53


Bakı, 24 dekabr, AZƏRTAC 
Dekabrın 24-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə internat məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Şagirdlərin hazırladıqları “Turp” səhnəciyi xüsusi maraqla qarşılanıb. Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnı oxuyublar.
Sonra internat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub.
Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edildikdən sonra şagirdlərin istifadəsinə verilib. Məktəbdə dulusçuluq, xalçaçılıq, dülgərlik, çilingərlik, tikiş, toxuculuq, rəssamlıq kimi peşə kabinetləri fəaliyyət göstərir.




Teqlər:  Xüsusi internat məktəbində bayram şənliyi



RƏYLƏR


Top xəbərlər