Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Baş Prokurorluq Sumqayıt Apelyasiya Məhkəməsinin hökmündən protest verib

Baş Prokurorluq Sumqayıt Apelyasiya Məhkəməsinin hökmündən protest verib

Maşallah Əhmədovun apelyasiya şikayətinə baxıldı (16 Mart 2017 16:12)
Taleh Bağırov apelyasiya şikayəti verdi (10 Fevral 2017 16:22)

Tarix: 24 Dekabr 2015 17:58


Bakı, 24 dekabr, AZƏRTAC
Abşeron rayonunun yetkinlik yaşına çatmayan dörd sakininin Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir şəxs 6 il 6 ay, digərlərinin hər biri isə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müdafiə tərəfinin apelyasiya şikayətinə əsasən, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2015-ci il 23 dekabr tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün Cinayət Məcəlləsinin 150-ci maddəsinə dair hissəsi ləğv edilərək həmin hissədə təqsirləndirilən şəxslərə bəraət verilib, Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə bir məhkumun üzərində 5 il 6 ay, digərlərinin üzərlərində isə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Baş Prokurorluq hökmdən Ali Məhkəməyə kassasiya protesti verib.

Teqlər:  Baş Prokurorluq Sumqayıt Apelyasiya Məhkəməsinin hökmündən protest verib



RƏYLƏR


Top xəbərlər