Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən şəxs həbs edildi

Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən şəxs həbs edildi

Date: 24 December 2015 18:03

Bakı. Trend:

Vergilər Nazirliyinin vəzifəli şəxsi barədə kütləvi informasiya vasitələrində ifşaedici məlumatlar yayma hədəsi ilə ondan pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində daxil olmuş müraciət araşdırılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı Bakı şəhər sakini Saday Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Vəzifəli şəxsdən hədə-qorxu pul tələb edən şəxs həbs edildi

RƏYLƏR


Top news