Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Ağıllı ev” texnologiyası insanlar arasında sürətlə populyarlaşır

"Ağıllı ev” texnologiyası insanlar arasında sürətlə populyarlaşır

Date: 24 December 2015 18:03


Bakı, 24 dekabr, AZƏRTAC
Qərbdə mobil telefonlar üçün nəzərdə tutulmuş proqramın köməyi ilə idarə olunan evlərin sayı artıb. "Ağıllı ev” texnologiyası insanlar arasında sürətlə populyarlaşır.
AZƏRTAC "globalscience.ru" saytına istinadən xəbər verir ki, keçirilmiş sorğuların nəticəsinə əsasən, insanlar evlərini mobil qurğular vasitəsilə idarəetməyə üstünlük verirlər. Bunun nəticəsidir ki, son 12 ayda İngiltərə, Macarıstan, Avstriya və Fransa kimi ölkələrdə "ağıllı ev” istifadəçilərinin sayı 1 milyondan 5 milyonadək artıb.
Qeyd edək ki, "ağıllı ev” sistemləri, evin və ofisin mobil telefon və planşet vasitəsi ilə idarə olunmasıdır. Bu texnologiya vasitəsilə evdəki bütün elektrik avadanlığı avtomatlaşdırmaq və mərkəzləşmiş idarəetmə sisteminə daxil etmək mümkündür.

Tags:  Ağıllı ev texnologiyası insanlar arasında sürətlə populyarlaşır


RƏYLƏR


Top news