Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

2015-ci ildə 5230-dan çox sahibkara 248,5 milyon manat güzəştli kredit verilib

2015-ci ildə 5230-dan çox sahibkara 248,5 milyon manat güzəştli kredit verilib

Müştərini aldadaraq manat kreditini dollara çeviriblər (19 Mart 2017 21:06)
Baş nazir: "2016-cı ildə Azərbaycanda 400-dən çox sənaye müəssisəsi açılıb" (17 Mart 2017 14:17)
AFFA-nın bir illik xərci: 19 milyon 592 min 502 manat (15 Mart 2017 11:27)

Tarix: 24 Dekabr 2015 18:03


Bakı, 24 dekabr, AZƏRTAC
2015-ci ildə 5230-dan çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 248,5 milyon manat güzəştli kredit verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib. Bildirilib ki, bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 12 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır. Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, son illər 130-dan çox sənaye müəssisəsinin maliyyələşdirilməsinə 410 milyon manatdan çox güzəştli kredit yönəldilib. Bu müəssisələrdən 115-i istifadəyə verilib. Müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.

Teqlər:  2015-ci ildə 5230-dan çox sahibkara 248 milyon manat güzəştli kredit verilib



RƏYLƏR


Top xəbərlər