Daha bir Azərbaycan klubu "Traktor Sazi" ilə qarşılaşacaq

Daha bir Azərbaycan klubu "Traktor Sazi" ilə qarşılaşacaq
18:07 24 Dekabr 2015
38 İdman
Ölkə mətbuatı
A- A+

Qış fasiləsinə 8-ci pillədə yollanan "Sumqayıt" da təlim-məşq toplanışı üçün Türkiyəyə üz tutacaq. 


Sport7.az xəbər verir ki, "kimyaçılar" qardaş ölkənin Antalya şəhərində hazırlıq keçəcək.


Hazırlıq üçün Antalyanın Side bölgəsini seçən Samir Abasovun yetirmələri "Emir Hotel Group"a məxsus "The Sense De luxe Hotel"də məskunlaşacaq. Təlim-məşq toplanışı 14-24 yanvar tarixində nəzərdə tutulub.


Əldə etdiyimiz özəl məlumata görə, "gənclər şəhəri" təmsilçisi burada 4 yoxlama matçı keçirəcək. Artıq 3 rəqibin adı bizə məlumdu. Bunlar İranın "Traktor Sazi", Qazaxıstanın "İrtış" və Almaniyanın ikinci bundesliqasında çıxış edən "FSV Frankfurt" komandalarıdı. Məlumatı "Sumqayıt"ın prezidenti Kamran Quliyev də saytımıza açıqlamasında təsdiqləyib.


Qeyd edək ki, Premyer Liqanın lideri "Qarabağ" da hazırlıq çərçivəsində "Traktor Sazi" ilə yoxlama matçı keçirəcək.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-daha-bir-azrbaycan-klubu-quottraktor-saziquot-il-qarlaacaq-t46391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR