Səudiyyə Ərəbistanında baş verən yanğın qurbanlarının sayı 30 nəfəri ötüb

Səudiyyə Ərəbistanında baş verən yanğın qurbanlarının sayı 30 nəfəri ötüb
18:08 24 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Cizan vilayətindəki dövlət xəstəxanasında baş verən yanğın zamanı həlak olanların sayı 31 nəfərə çatıb. Bu barədə mülki müdafiə xidmətinin rəsmi nümayəndəsi Yəhya əl-Qahdani məlumat verib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, yanğının söndürülməsi və xilasetmə işlərinə 20 yanğınsöndürən dəstə cəlb olunub.
Cizan vilayətinin mülki müdafiə xidmətinin məlumatına əsasən, yanğın xəstəxananın intensiv terapiya, doğum şöbələrinin yerləşdiyi birinci mərtəbədə başlayıb və yuxarı mərtəbələrə yayılıb.
Hazırda yanğının səbəblərinin müəyyən olunması üzrə işlər aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seudiyye_Arebistaninda_bas_veren_yangin_qurbanlarinin_sayi_30_neferi_otub-914084

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR