Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Səudiyyə Ərəbistanında xəstəxanada baş verən yanğında ölənlərin sayı 31 nəfərə çatıb

​Səudiyyə Ərəbistanında xəstəxanada baş verən yanğında ölənlərin sayı 31 nəfərə çatıb

Date: 24 December 2015 18:12

Bakı. 24 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Cizan dairəsindəki dövlət xəstəxanasında baş verən yanğın nəticəsində ölən xəstələrin sayı 31 nəfərə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı yerli mülki müdafiə təşkilatının təmsilçisi Yəhya əl-Kahtani deyib.
Məlumata görə, yanğın birinci mərtəbədən intensiv terapiya, doğum və yeni doğulan körpələrə qulluq şöbələrindən başlayaraq digər mərtəbələri əhatə edib.
"Yanğın nəticəsində 31 nəfər həyətını itirib, yüzdən çox insan yaralanıb", - deyə Yəhya əl-Kahtani bildirib.
Onun sözlərinə görə, yanğının söndürülməsində 20-dən artıq yanğınsöndürən maşın, mülki müdafiənin dəstələri iştirak edib.
Xəbərdə bildirilib ki, hazırda yanğının başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, bu gün səhər saatlarında Səudiyyə Ərəbistanında Cizan xəstəxanasında yanğın baş verib.

Tags:  Səudiyyə Ərəbistanında xəstəxanada baş verən yanğında ölənlərin sayı 31 nəfərə çatıb

RƏYLƏR


Top news