İspaniyada seçkilərdən sonra çətin siyasi vəziyyət yaranıb

İspaniyada seçkilərdən sonra çətin siyasi vəziyyət yaranıb
18:13 24 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 24 dekabr, AZƏRTAC
İspaniyada dekabrın 20-də keçirilmiş parlament seçkilərinin nəticələri ölkədə çətin siyasi vəziyyət yaradıb. Hazırda hakimiyyətdə olan Mariano Raxoyun rəhbərlik etdiyi Xalq Partiyası (PP) seçkilərdə ən çox səs qazansa da, bu, cəmi 28,7 faiz təşkil edir. Bu isə ona hökuməti təkbaşına qurmaq imkanı vermir.
Mövcud qaydalara uyğun olaraq, Mariano Raxoy seçkilərdə ikinci olmuş İspaniya Sosialist və İşçi Partiyasının (PSOE) lideri Pedro Sançeslə görüşüb. Çox qısa davam edən görüşdən sonra P.Sançes deyib ki, M.Raxoy yenidən Baş nazir olmaq istəsə də, sosialistlərin onu dəstəkləməsi üçün bir səbəb yoxdur. Sosialistlərin lideri bu seçkilərdə 3-cü olmuş digər sol qüvvə - “Podemos” Partiyası (Bacararıq) ilə də koalisiya danışıqları haqqında nikbin fikir söyləməyib və İspaniyanın bütövlüyünü şübhə altına alanlarla birlikdə hökumət qurmayacaqlarını deyib.
Seçkilərdə 4-cü olmuş “Ciudadanos” (Vətəndaşlar) Partiyasının lideri Albert Rivera isə hökumətdə təmsilçilik tələb etmədən razılığa gələcək partiyaların koalisiyasına dəstək verə biləcəklərini deyib.
Beləliklə, indiki vəziyyətdə İspaniya siyasi səhnəsində müvəqqəti keçid hökuməti və hətta təkrar seçkilər haqqında söhbətlər gəzir.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ispaniyada_sechkilerden_sonra_chetin_siyasi_veziyyet_yaranib-914091

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR