Lənkəranlı boksçular Rusiyada keçirilən turnirdə 4 medal qazanıblar

Lənkəranlı boksçular Rusiyada keçirilən turnirdə 4 medal qazanıblar
18:23 24 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 24 dekabr, Bağır Əliyev, AZƏRTAC
Rusiyada Olimpiya çempionu Gennadi Şatkovun xatirəsinə həsr olunmuş 42-ci açıq turnirdə “Təhsil” Respublika İdman Mərkəzinin tərkibində 7 idmançı ilə çıxış edən Lənkəranın yeniyetmə boksçuları dörd medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, turnirdə ev sahibləri və azərbaycanlı boksçulardan başqa, Belarus və Finlandiyadan olan 2000-2001-ci il təvəllüdlü yeniyetmə idmançılar qüvvəsini sınayıblar.
Lənkəranlı boksçulardan birinci yerin sevincini 50 kiloqramda Ağasəlim Mustafazadə və 52 kiloqramda Cavidan Məmmədov yaşayıb. İkinci və üçüncü yerlərə isə 75 kiloqramda Polad Məmmədov, 48 kiloqramda Sadiq Salmanov layiq görülüb.
Beynəlxalq turnir Ağasəlim Mustafazadə üçün ikiqat əlamətdar olub. O, qızıl medala sahib olmaqla yanaşı, həm də turnirin ən texnikalı boksçusu nominasiyasının qalibi elan edilib.
Qeyd edək ki, turnirdə Azərbaycanın yeniyetmə boksçuları komanda hesabında ikinci yeri tutub. İlk pillədə Rusiya, üçüncü yerdə isə Finlandiya idmançıları qərarlaşıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranli_bokschular_Rusiyada_kechirilen_turnirde_4_medal_qazaniblar-914099

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR