Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “TURAZ Şahini təlimləri” üçün Sahib Ölkə dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublik

Tarixdə bu gün (27 Mart 2017 09:46)
Saatlar irəli çəkilib? - Diqqətli olun (26 Mart 2017 10:17)
Saatların bəzi mobil qurğularda 1 saat irəli çəkilməsi çaşqınlıq yaradıb (26 Mart 2017 10:13)

Tarix: 24 Dekabr 2015 18:23


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “TURAZ Şahini təlimləri” üçün Sahib Ölkə dəstəyinə dair 2015-ci il avqustun 14-də Bakı şəhərində və sentyabrın 18-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2015-ci il.

Teqlər:  Azərbaycan Respublikası Hökuməti Türkiyə Respublikası Hökuməti arasında TURAZ Şahini təlimləri üçün Sahib Ölkə dəstəyinə Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı



RƏYLƏR


Top xəbərlər