Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Homoseksuallarla bağlı jurnalın dərcinə Mətbuat Şurasından münasibət

Homoseksuallarla bağlı jurnalın dərcinə Mətbuat Şurasından münasibət

Date: 24 December 2015 18:31

Azərbaycanda homoseksuallarla bağlı dərc olunan jurnal Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə tamamilə ziddir.

Axşam.az-ın məlumatına görə, bunu Trend-ə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, dünyada hər bir xalqa xas olan dəyərlər var:
 
“Avropada da müəyyən dəyərlər var ki, biz onların bir hissəsini mənimsəyirik və öz dəyərlərimizi Avropaya, dünyaya ixrac edirik. Eyni zamanda Azərbaycan tolerant ölkədir. Azərbaycanın qanunları dünyanın inkişaf etmiş ölkələrinin qanunları ilə bərabər səviyyədədir. Ancaq bizim ali mənəvi dəyərlərimiz var. Biz dünyadan nə qədər dəyərlər mənimsəsək də, özümüzün əsrlər boyu formalaşan dəyərlərimizi qoruyub saxlamalıyıq və o dəyərləri aşağılayan heç bir hala yol verməməliyik. Ona görə də Azərbaycanda belə bir jurnalın nəşr olunmasına təəssüf edirəm. Əminəm ki, bu jurnal milli dəyərlərimizə zidd olduğu üçün özünə yer tutmayacaq”.

Millət vəkili bildirib ki, Azərbaycanda bundan əvvəl də milli dəyərlərimizə zidd nəşrlər olsa da, sonradan özlərinə oxucu qazana bilmədiyi üçün bağlanıb.

Qeyd edək ki, Azərbaycanda homoseksuallarla bağlı “Monority” adlanan jurnal nəşr olunub. Jurnalda milli-mənəvi dəyərlərimizə tamamilə zidd şəkillər və materiallar yerləşdirilib.

Tags:  Homoseksuallarla bağlı jurnalın dərcinə Mətbuat Şurasından münasibət

RƏYLƏR


Top news