Gürcüstan vətəndaşları Azərbaycanda qəzaya düşüb

Gürcüstan vətəndaşları Azərbaycanda qəzaya düşüb
18:32 24 Dekabr 2015
32 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Düzqırıqlı kəndində qeydə alınıb. 
Qəza zamanı Gürcüstan vətəndaşı Rafael Şərifovun idarə etdiyi “Opel” markalı minik maşını Şəmkir sakini olan Tural Qəmbərovun sürücüsü olduğu “Hyundai” avtomobili ilə toqquşub. Güclü zərbənin təsirindən hər iki avtomobil yoldan kənara çıxıb. Nəticədə “Opel”də olan 4 nəfər Gürcüstan Respubilkası, Dumanisi rayon sakinləri Ramin, Rafael, Nəbi Şərifovlar və Hava İsmayılova deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Ətrafdakılar dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasedicilərini hadisə yerinə çağırıblar. Xilasedicilər yaralıları avtomobildən çıxararaq təcili tibbi yardım stansiyasının əməkdaşlarına təhvil veriblər. Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılan yaralılardan sürücü Rafael Şərifovla, sərnişin Nəbi Şərifovun vəziyyəti ağır qiymətləndirilir. 
Faktla bağl BDYP-nın əməkdaşları araşdırma aparır. 







Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gurcustan-vetendaslari-azerbaycanda-qezaya-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR