Azərbaycan və Türkiyə birgə hərbi təlimlərə başlayır

Azərbaycan və Türkiyə birgə hərbi təlimlərə başlayır
18:34 24 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “TURAZ Şahini təlimləri” üçün Sahib Ölkə dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, fərmanla iki ölkənin hərbçilərinin birgə təliminin vaxtı müəyyənləşdirilib. Fərmanda deyilir:

 

1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “TURAZ Şahini təlimləri” üçün Sahib Ölkə dəstəyinə dair 2015-ci il avqustun 14-də Bakı şəhərində və sentyabrın 18-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

 

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

 

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.

 

Bundan başqa ölkə başçısı Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Hava hücumundan müdafiə təlimi” üçün Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında da fərman imzalayıb. Fərmanda deyilir:

 

1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Hava hücumundan müdafiə təlimi” üçün Ev Sahibi Ölkənin dəstəyinə dair 2015-ci il sentyabrın 3-də Bakı şəhərində və sentyabrın 18-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

 

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

 

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226459

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR