İkicildlik “Müasir Azərbaycan ədəbiyyatı” antologiyası Moskvanın ədəbi ictimaiyyətinə təqdim olundu

İkicildlik “Müasir Azərbaycan ədəbiyyatı” antologiyası Moskvanın ədəbi ictimaiyyətinə təqdim olundu
18:38 24 Dekabr 2015
19 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 23-də Moskvanın “Xarici ölkələr ədəbiyyatı” kitabxanasının Böyük zalında ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı” antologiyası kitabının təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbirdə Moskva Yazıçılar Birliyi, “Poetik Moskva” jurnalı, Azərbaycanın Rusiyadakı səfirliyi, Azərbaycan Mədəniyyəti Mərkəzinin nümayəndələri ilə yanaşı, tanınmış rus şair və yazıçıları, elm və sənət adamları da iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva açaraq, nəşrin hər iki ölkənin ədəbiyyatı üçün mühüm əhəmiyyətindən, ölkələr və xalqlararası anlaşmada oynadığı mühüm rolundan danışıb və kitabın tərtibçisi – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Daha sonra söz Mərkəzin direktoru Afaq Məsuda verilib: “Nəzərinizə təqdim olunan bu ikicildlik, bizim milli ədəbiyyatımız tarixində ilk hadisədir. İlk dəfədir ki, Azərbaycan ədəbiyyatı dünyaya belə bir formatda təqdim olunur. Bu vaxta qədər ayrı-ayrı yazıçı və şairlərimiz zaman-zaman Rusiyada, eləcə də digər ölkələrdə nəşr olunsa da, milli ədəbiyyatımız belə bir ciddi akademik formatda təqdim olunmayıb. Təəssüflə bildirməliyəm ki, bəlkə də bunun nəticəsidir ki, bu gün dünya ədəbi müstəvisində Azərbaycan ədəbiyyatı haqqında real təsəvvür yoxdur, dünya kitabxanalarında bu ədəbiyyatı təmsil edən kitablara rast gəlinmir. Dünyanın, belə bir qədim tarixi, zəngin ənənələri olan ədəbiyyatdan demək olar ki, xəbərsizliyi yalnız ürək ağrıdır. Artıq bir neçə dilə tərcümə olunan bu kitabın yaranma məqsədi də məhz budur: Azərbaycanın zəngin ədəbiyyatını, layiq olduğu səviyyədə dünyaya tanıtmaq. Üzümüzə gələn il antologiyanın, ərəb dilində Qahirədə, türk dilində Ankarada, Belarus dilində Minskdə nəşri gözlənilir. Hazırda kitab ingilis, alman, ispan, fransız və fars dillərinə tərcümə edilir”.

Sonra Moskva Yazıçılar Birliyinin sədr müavini, yazıçı Valeri İvanov Taqanski cıxış edərək, ikicildliyin tarixi və ədəbi əhəmiyyətindən, Azərbaycan ədəbiyyatının rus oxucusuna bu vaxta qədər məlum olmayan gizli imkanlarından danışıb: “Sizə səmimiyyətlə bildirməliyəm ki, bu kitab mənim üçün, sözün əsl mənasında açılış oldu. Azərbaycanın belə bir ədəbiyyata malik olduğunu bilməzdim. Bu, böyük ədəbiyyatdır və belə bir ədəbiyyatı olan xalq, şübhəsiz ki, böyük xalqdır”.

Daha sonra nəşrin ictimai əhəmiyyəti və ədəbi dəyəri barədə filologiya elmləri doktoru Anastasiya Qaçeva, “Poetik Moskva” jurnalının baş redaktoru Natalya Rodionova, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icracı direktoru İlqar Hacıyev, Konqresin müşaviri Manaf Manafov, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev çıxış edərək, ikicildlikdə yer alan əsərlər barədə fikirlərini bölüşüblər. Tədbirin bədii hissəsində Moskva “Bolşoy teatrı”nın solisti Fyodor Tarasov, Moskvanın “Katyuşa” Estetika Mərkəzinin uşaq xoru, Rusiyanın əməkdar artisti Qalina Ulyotova və Dmitri Malçevin ifasında, antologiyada yer almış Azərbaycan şairlərinin şeirləri oxunub, mahnılar və musiqi parçaları səsləndirilib.

Tədbirin sonunda Afaq Məsuda, bu il may ayının 13-də həqiqi üzvü seçildiyi Pyotr Akademiyasının Diplomu və mantiyası təqdim olunub.

Bizi Twitter-dən izləyin: @trend_az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

İŞİD-nin əsas təbliğatçısı öldürüldü

31 Mart 2017 02:39

Avropa Şurası və Avropa Birliyinin qərargahları dəyişdi - FOTO

31 Mart 2017 02:32

Sabiq deputat metroda öpüşən gənclərdən danışdı:

31 Mart 2017 02:22

Əsədin getməsi ABŞ üçün artıq prioritet deyil

31 Mart 2017 02:19

Bakıda zəncirvari QƏZA: 2 ölü, 1 yaralı

31 Mart 2017 02:03

Ədalət Sarayını İŞİD partladıbmış

31 Mart 2017 01:54

"Bəşər Əsədi devirmək artıq prioritetimiz deyil" -

31 Mart 2017 01:43

Xırdalanda atışma: ölən və yaralanan var

31 Mart 2017 01:39

Dağlar fonunda dağlar - FOTO

31 Mart 2017 01:32

Tanınmış müğənni: "Tez-tez ağlayıram"

31 Mart 2017 01:29

ŞOK QİYMƏT:

31 Mart 2017 01:27

Qurban Qurbanov Volkan Dəmirəl transferinə aydınlıq gətirdi

31 Mart 2017 01:24

Bakıda 17 yaşlı qız intihar edib

31 Mart 2017 01:19

64 yaşlı maşın 70 minə satılır - FOTO/VİDEO

31 Mart 2017 01:13

Xırdalanda DƏHŞƏT:

31 Mart 2017 00:55

Xırdalanda atışma: Maskalılar iş adamını güllələdilər

31 Mart 2017 00:53

FHN-nin xilasediciləri çayda batdığı ehtimal edilən 5 yaşlı uşağı axtarırlar

31 Mart 2017 00:44

Qəbələdə ər arvadının boğazını kəsdi - FOTO/VİDEO

31 Mart 2017 00:43

Mart soyqırımından 99 il ötür

31 Mart 2017 00:27

Astroloji proqnoz - 31 mart

31 Mart 2017 00:18

Məşhur klubun adı rəsmən dəyişdi - FCSB

31 Mart 2017 00:17

Kamal Abdullanın əsəri gürcü dilində işıq üzü gördü

31 Mart 2017 00:14

"Qalatasaray" ulduz futbolçuya sərvət təklif etdi

31 Mart 2017 00:07

Elon Musk-dan 6 qızıl qayda

31 Mart 2017 00:05

Türkyədə qasırğa XƏBƏRDARLIĞI

31 Mart 2017 00:05

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart 2017 00:05

"Hindistandan Avropaya yükləri 7 günə daşımaq olar" - Cavid Qurbanov - FOTO

31 Mart 2017 00:05

Günün qoroskopu: problemlərin öhdəsindən gələ biləcəksiniz

31 Mart 2017 00:05

Bakıda 17 yaşlı qız özünü binadan yerə atdı

30 Mart 2017 23:57

Cənubi Koreyanın sabiq prezidenti saxlanılıb

30 Mart 2017 23:56

Dünyanın ən bahalı tualetləri - FOTOLAR

30 Mart 2017 23:53

Tənəffüs yolunu 3 addımla təmizləyin

30 Mart 2017 23:52

Bu surəni oxuyan üçün mələklər istiğfar edərlər

30 Mart 2017 23:47

Hafizəni İslam təbabəti ilə necə gücləndirək?

30 Mart 2017 23:42

Ailə cinayətinin arxasından “cin” çıxdı - FOTO

30 Mart 2017 23:37

Portağal xərçəngə qarşı dərmanlardan 10 qat daha təsirlidir

30 Mart 2017 23:37

Qadınların çadra geyməsinə icazə verilməyəcək -

30 Mart 2017 23:36

"Bakıda gəzmək daha təhlükəsizdir, nəinki..."

30 Mart 2017 23:32

Elza Seyidcahandan Fikrət Qocaya cavab: "Allah bizə səbr versin"

30 Mart 2017 23:32

Məşhur duanın mötəbər mənbəyi varmı?

30 Mart 2017 23:32

“Qarabağ” “Neftçi”nin yubileyini korladı - VİDEO

30 Mart 2017 23:28

Məşhur türk aktyorları nəyə yatırım edirlər? - FOTO

30 Mart 2017 23:27

Uşağınızda bu əlamətlər varsa... – DİQQƏT, YENİ VİRUS

30 Mart 2017 23:27

Dünyanın ən bahalı telefonları - FOTO

30 Mart 2017 23:22

Təbiətin canlanmasından ala biləcəyimiz 3 dərs

30 Mart 2017 23:22

Azərbaycan millisi növbəti dəfə Moldovaya gücünü göstərdi

30 Mart 2017 23:22

Qəbələdə kişi arvadını öldürdü

30 Mart 2017 23:19

Mənəvi təkamülə nail olmaq üçün ən səmərəli yol hansıdır?

30 Mart 2017 23:17

Cənubi Koreyanın sabiq prezidenti saxlanıldı

30 Mart 2017 23:13

Spiralvari bina - FOTO

30 Mart 2017 23:12