İtkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımın verilməsinə başlanıb

İtkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımın verilməsinə başlanıb
18:39 24 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

 Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı həlak olan və itkin düşən SOCAR əməkdaşlarının hər birinin ailəsinə dövlət tərəfindən 15 000 (on beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.

 

Bu barədə “APA-Economics”ə SOCAR-dan məlumat verilib.

 

Məlumata görə, bu gündən etibarən bu yardımların, eyni zamanda həmin gün neft daşlarındakı 501 saylı özüldə baş vermiş qəzada itkin düşən 3 neftçinin ailəsinə SOCAR tərəfindən ayrılmış eyni məbləğdə birdəfəlik yardımların verilməsi prosesinə start verilib. Maliyyə vəsaiti müvafiq idarələrin hesabına köçürülüb, həlak olan və itkin düşən şəxslərin ailə üzvləri ilə keçirilmiş görüşlər əsasında yardımın kimin adına sənədləşdirilməsi məsələsi aydınlaşdırılıb və müvafiq prosedurlar həyata keçirilir. Müəyyənləşdirilmiş şəxslərin adına bank hesabları açılması və yardımların həmin hesablara köçürülməsi prosedurları 5 gün ərzində başa çatdırılacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226461

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR