Çörəyin qızıla döndüyü zaman

Çörəyin qızıla döndüyü zaman
18:41 24 Dekabr 2015
73 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Bankın üzən məzənnəyə keçidi açıqlamasından sonra ərzaq məhsullarının qiymətində nəzərə çarpacaq dərəcədə bahalaşma qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, əhalinin daha çox narahatlığına səbəb olan amillərdən biri artıq bir çox un müəssisələrinin qiymətinin iki dəfə artırmasıdır. Belə ki, unun qiymətinin devalivasiyadan əvvəl 1 kiloqramı 35-40 qəpik, kisəsi 18 manat - 18 manat 50 qəpik idisə, artıq dünəndən bu qiymətlərdə 50% artım müşahidə olunur. İndi unun 1 kiloqramını 50-60 qəpiyə, kisəsini isə 26-27 manata verirlər.

Unun qiymətinin qalxması, əlbəttə ki, çörək və çörək məhsulların, un məmulatlarının qiymətinə də təsirsiz ötüşməyəcək. Ekspertlərin fikrincə, əgər unun qiyməti qalxıbsa, sex işlədən sahibkarlar da məcbur olub ya çörəyin qiymətini qaldıracaq, ya da çörəyin çəkisini azaltmaqla bunu kompensasiya etməyə çalışacaqlar.

Artıq bir neçə iri marketdə dünəndən etibarən satılan çörəklərin qiymətində artım müşayiət olunub. Ötən gündən etibarən sosial şəbəkələrdə də ən çox müzakirə olunan məhz bu mövzudur. İnsanlar müxtəlif satış məntəqələrindən aldıqları çörək çekini paylaşaraq etirazlarını bildirirlər.


Sosial şəbəkələrdə paylaşılan çek

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehdiyev deyir ki, əslində, bu sahədə artım gözlənilən idi: "Bəzi yerlədə deyilir ki, niyə qiymət artımı belə tezliklə oldu, axı, köhnə qiymətlə alınan məhsuldan hazırlanan məhsul da köhnə qiymətlə satılmalıdır? Amma fevral ayındakı devalvasiydan da gördük ki, bir çox sahibkarlar məhsulu alır, müqavilə bağlayır və məhsulu satdıqdan sonra onun pulunu ödəyirlər. Ona görə bu gün sahibkarların un və digər un məmulatlarının qiymətinin artırılması gözləniləndir. Hər il kənd təsərrüfatında taxıl sahəsinə xeyli subsidiyalar ayrılır, amma buna baxmayaraq, yerli taxıl istesalımız çox zəifdir. Bu səbədən də taxıl xaricdən alınır və təbiidir ki, qiymətində artım qaçılmazdır", - deyə iqtisadçı ekspert bildirdi.


Azər Mehdiyev - İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri


"Manatın üzən məzənnə rejiminə keçməsi ilə əlaqədar idxal olunan ərzaq buğdasının qiymətinin artması nəticəsində unun və çörəyin qiymətindəki dəyişiklik İqtisadiyyat və Sənaye Nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti tərəfindən diqqətlə araşdırılır. Süni qiymət artımı hallarına yol verilməməsi üçün nəzarət tədbirləri davam etdirilir. İstehlak bazarında yaranmış vəziyyətdən sui-istifadə edən ticarət obyektləri və sahibkarlar barəsində qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək", - deyə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi.


Abbas Əliyev - İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri


Azərbaycan taxılı Qazaxıstan və Rusiyadan idxal edir. Bu səbəbdən taxılın, unun qiymətində artım, əslində, gözlənilən idi. Amma ekspertin də deyidiyi kimi, nəzərə alsaq ki, kənd təsərrüfatında taxıl istehsalına kifayət qədər subsidiyalar ayrılır, odur ki, yerli məhsulumuzu kifayət qədər istehsal etməyə çalışmalıyıq. Buna görə taxıl istehsalında inhisarçılıq deyil, rəqabət olmalıdır. Əgər bunun öhdəsindən gələ bilsək, o zaman böhran bizə deyil, biz böhrana qalib gəlmiş olarıq.

Bu günki un müəssisələrinin vəziyyəti:


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368039

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR