Musiqili oyuncaqlar alarkən nəyə diqqət eyməliyik? - VİDEO

Musiqili oyuncaqlar alarkən nəyə diqqət eyməliyik? - VİDEO
18:42 24 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Oyuncaqların təkamülünü kuklalarda izləmək olar. Ən qədim kuklalar ağacdan hazırlanırdı. Qədim Misirdə isə onların artıq əl və ayaqları hərəkət edirdi. XX əsrin əvvəlində meydana gələn kuklalar isə "ana" deyə bilirdilər. Hazırda ticarət obyektlərində müxtəlif dizaynlı oyuncaqlara rast gəlmək olur. Bunların arasında musiqili oyuncaqlar ayrı yer tutur. Belə oyuncaqlarda müxtəlif musiqilərin səslənməsi uşaqların diqqətini çəkir.

Təəssüf ki, son zamanlar satışda müxtəlif bayağı musiqilər səsləndirilən oyuncaqlara rast gəlinir. RTV (Region TV) xəbər verir ki, bunun ən pis tərəfi isə odur ki, alıcılar belə oyuncaqlara daha çox üstünlük verir. Bu isə gələcək nəslin musiqi zövqünün pozulması, yaxşı musiqi haqqında yanlış fikirlərin formalaşmasına səbəb ola bilər.

Oyunlar kimi oyuncaqlar da bir çox məqsədlərə xidmət edir. Onlar əyləncəli təlim rolunu daşıyırlar. Bu səbəbdən aidiyyəti qurumlar tərəfindən oyuncaqların sosial-psixoloji-pedoqoji xüsusiyyətlərinin ekspertizası aparılmalıdır. Ekspertiza nəticəsində oyuncağın uşağın inkişafında rolu müəyyənləşdirilməlidir. Digər tərəfdən gələcəkdə sağlam düşüncəli bir vətəndaşın formalaşması üçün valideynlər də övladlarına etdikləri hədiyyəyə ciddi fikir verməlidirlər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR