Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib

18:47 24 Dekabr 2015
9 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin ünvanına növbəti təbrik Səudiyyə Ərəbistanından gəldi - (23 May 2017 20:43)
Səudiyyə Ərəbistanının Kralı və Niderland Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb (23 May 2017 17:52)
Almaniya Prezidenti İlham Əliyevi təbrik edib (23 May 2017 17:32)

"Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Vətən təəssübkeşliyi, doğma yurda və milli-mənəvi dəyərlərə bağlılıq kimi nəcib hisslər aşılayan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində sizi salamlayır, hər birinizə xoş arzu və diləklərimi çatdırıram.
Bütün soydaşlarımızın azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək mütəşəkkil qüvvəyə çevrilməsi məsələsinə xüsusi diqqət yetirən ümummilli lider Heydər Əliyev bu sahədə tarixi qərarlar qəbul etmiş, xaricdə məskunlaşmış həmvətənlərimizin hüquqlarının qorunmasına, diaspor quruculuğunun geniş vüsət almasına yönələn əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq, bu gün diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan həqiqətlərinin təbliği, milli maraqlarımızın müdafiəsi və respublikamızın digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərinin dərinləşməsi işinə öz töhfələrini verirlər.
Hazırda davam edən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, hamımızın doğma vətəni olan Azərbaycan Respublikasında 2015-ci ildə də sosial-iqtisadi artım dinamikası qorunub saxlanmış, müxtəlif sahələri əhatə edən dövlət proqramları və infrastruktur layihələri ardıcıl icra edilmişdir. Ölkəmiz Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə bağlayan nəhəng transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. İlin əvvəlində təməli qoyulmuş TANAP layihəsi də daxil olmaqla, zəngin qaz ehtiyatlarımızın dünya bazarlarına nəqli sahəsində nəzərdə tutduğumuz planların gerçəkləşdirilməsi Azərbaycanın etibarlı enerji təchizatçısı kimi beynəlxalq aləmdəki rolunu daha da artıracaq, respublikamızın gələcək inkişafı və xalqımızın rifahının yüksəldilməsi yolunda yeni perspektivlər açacaqdır.
Bu il Azərbaycan böyük idman bayramına - Birinci Avropa Oyunlarına ev sahibliyi etmişdir. Qitənin 50 ölkəsinin idmançılarının iştirakı ilə keçirilən bu tədbir yüksək səviyyədə təşkil olunmuş, beynəlxalq ictimaiyyətdə dövlətimizin potensialı, xalqımızın çoxəsrlik tarixi və zəngin mədəniyyəti, qonaqpərvərliyi və tolerantlıq ənənələri barədə müsbət təəssüratlar yaratmışdır.
Son dövrlər dünyanın müxtəlif guşələrində hərbi-siyasi münaqişələrin və iğtişaşların artmasına baxmayaraq, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, hakimiyyət və xalq arasında etimad mühiti daha da möhkəmlənmişdir. Noyabr ayında demokratik və şəffaf şəraitdə keçirilmiş növbəti parlament seçkiləri də cəmiyyətin nikbin əhval-ruhiyyəsinin, xalqımızın aparılan siyasətə dərin rəğbətinin parlaq təzahürü olmuşdur.
Təəssüflə qeyd etməliyəm ki, Ermənistanın təcavüzkar siyasəti və qeyri-konstruktiv mövqeyi ucbatından hələ də həllini tapmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamımızı narahat edən taleyüklü problem kimi qalır. Bu gün Azərbaycan Respublikası güclü iqtisadiyyata və torpaqlarımızı hər an işğalçılardan azad etməyə hazır olan qüdrətli orduya malikdir. Lakin biz yenidən qan tökülməsinin qarşısını almaq, regionda gərginliyi artırmamaq məqsədilə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində dinc yolla ədalətli həllinə çalışırıq. Hesab edirəm ki, bundan sonra da səylərimizi birləşdirməli, işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda ardıcıl və məqsədyönlü iş aparmalıyıq. Bu sahədə diaspor təşkilatlarımızın da üzərinə mühüm vəzifələr düşür. Azərbaycanın suverenliyinin qorunması və ərazi bütövlüyünün təmin edilməsinə öz həmrəyliyimiz və birgə fəaliyyətimizlə sanballı töhfə vermək bizim başlıca amalımız olmalıdır.
Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, firavanlıq və işlərinizdə uğurlar arzulayıram".

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ermənistanın təhlükəsi yenidən Avropanın diqqət mərkəzində

24 May 2017 00:49

Filippin prezidenti Rusiyaya rəsmi səfərini yarımçıq qoyub

24 May 2017 00:47

Venesuelada prezidentə qarşı etiraz aksiyalarında ölənlərin sayı 55-ə çatıb

24 May 2017 00:42

Bakıda 80 yaşlı qadın oğlu tərəfindən qəddarcasına döyülüb

24 May 2017 00:37

Cənubi Koreya-Şimali Koreya sərhədində silah səsləri eşidildi

24 May 2017 00:26

Biləsuvar RMX-nın baş həkimi işdən azad olundu

24 May 2017 00:24

123 mərtəbəli göydələndə dəhşətli anlar - VİDEO

24 May 2017 00:23

Afaq, Nərgiz və Tolik Bodrumda dincəlir - FOTO

24 May 2017 00:12

Astroloji proqnoz - 24 may

24 May 2017 00:08

Əlidən etiraf: "Kaş ki..." - VİDEO

24 May 2017 00:05

Günün qoroskopu: əsəb sisteminizə çox yük düşür

24 May 2017 00:05

Birmingemdə aksiya zamanı əlində bıçaq və dəyənək olan şəxs saxlanılıb

23 May 2017 23:57

Üz üçün “Minus 10" maskası

23 May 2017 23:57

Trampla çəkdirdiyi "selfi" israilli deputatın başına bəla oldu -

23 May 2017 23:56

Üç qız atası ilə evlənən 49 yaşlı xalq artistinin TOYUNDA NƏLƏR BAŞ VERDİ?

23 May 2017 23:53

Qarın bölgəsindəki pylərdən xilas edən içki

23 May 2017 23:52

Adams, Messi, Vardi... – Qanunsuzluğa əl atanlar

23 May 2017 23:52

Saçların yağlanmasına gətirən 6 səbəb

23 May 2017 23:47

Bu 3 dəstə İmam Zaman ağaya yardım edəcək

23 May 2017 23:42

"Barselona"nın sükanı arxasına keçəcək baş məşqçi hazırkı komandasından istefa verib

23 May 2017 23:37

Böyrək daşları və xalq təbabəti

23 May 2017 23:37

"Azərbaycan Beynəlxalq Bankı 2018-ci ildən tez özəlləşdirilməyəcək" - Nazir

23 May 2017 23:32

Məşhur gözəl Kann təqdimatında - FOTO

23 May 2017 23:32

Sevil-Sevinc bacıları maşınla vurduqları 87 yaşlı kişi haqda:

23 May 2017 23:31

Cocuq Mərcanlıda mina və qumbara tapıldı

23 May 2017 23:29

Baş ağrısından dərmansız qurtulmağın SADƏ YOLU

23 May 2017 23:27

Alman deputatlar Türkiyəyə getməkdən boyun qaçırdı

23 May 2017 23:23

Venesuelada etiraz aksiyası qurbanlarının sayı 55 nəfərə çatıb

23 May 2017 23:22

“Yasin” surəsi niyə Quranın qəlbidir?

23 May 2017 23:22

Zəvvarlarla dolu avtobus çaya düşdü - 22 ölü

23 May 2017 23:22

“VAZ” və “Opel” toqquşdu, yaralanan var

23 May 2017 23:19

Çiyələk yemək üçün 7 səbəb

23 May 2017 23:17

Alman deputatların Türkiyəyə səfər planı baş tutmadı

23 May 2017 23:14

Bu üsulla xoruldamağa son qoyulacaq

23 May 2017 23:13

Dua nədir?

23 May 2017 23:12

Sinəsini və ombalarını böyütdü - FOTO

23 May 2017 23:05

Deputat oğlunun işini araşdıran müstəntiq cəzalandırıldı - ƏMR

23 May 2017 23:05

İŞİD hücuma keçdi, Putinlə görüş təxirə salındı

23 May 2017 22:57

2 ədəd qoz sizin stressinizi asanlıqla aradan qaldıra bilər

23 May 2017 22:57

"Yaşka Bakinski" yataqda öldürüldü

23 May 2017 22:52

Əllərinizin xəbərdarlığına laqeyd qalmayın - FAYDALI MƏSLƏHƏT

23 May 2017 22:52

Hansı xalq təbabəti vasitələri ilə qanı durultmaq olar?

23 May 2017 22:52

Bənövşə yağının faydaları

23 May 2017 22:47

Mançester polisi terrorçunun şəxsiyyətini təsdiqlədi

23 May 2017 22:45

“La fəta illə Əli (ə)!”. Bəs fəta nə mənasındadır?

23 May 2017 22:42

Deputatlar Türkiyəyə getməkdən imtina etdilər

23 May 2017 22:39

“Gecə ovçusu” İŞİD terrorçularını belə məhv edir - VİDEO

23 May 2017 22:38

Fəxrəddin Manafov xanımı ilə - mediada ilk FOTOlar

23 May 2017 22:37

Çaya "cənnət toxumu" əlavə edin - FAYDALARI

23 May 2017 22:37

Şou ulduzu kurorta yollanıb - FOTO

23 May 2017 22:32