Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

18:53 24 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2015-ci il oktyabrın 27-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Monteneqro Hökumətinə bildiriş göndərsin.
 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 dekabr 2015-ci il.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Respublikasi_Hokumeti_ile_Monteneqro_Hokumeti_arasinda_etraf_muhitin_muhafizesi_sahesinde_emekdasliq_haqqinda_Sazisin_tesdiq_edilmesi_barede_Azerbaycan_Respublikasi_Prezidentinin_Fermani-914117

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR