Prezident dünya azərbaycanlılarını təbrik edib

Prezident dünya azərbaycanlılarını təbrik edib
18:54 24 Dekabr 2015
13 Ölkə
Ölkə mətbuatı
A- A+

"Diaspor təşkilatlarımızın üzərinə mühüm vəzifələr düşür"

Prezident İlham Əliyev dünya azərbaycanlılarına təbrik məktubu ünvanlayıb. Lent.az AzərTAc-a istinadən təbrik məktubunu təqdim edir:

 

“Əziz həmvətənlər!

 

Hörmətli soydaşlar!

 

Vətən təəssübkeşliyi, doğma yurda və milli-mənəvi dəyərlərə bağlılıq kimi nəcib hisslər aşılayan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində sizi salamlayır, hər birinizə xoş arzu və diləklərimi çatdırıram.

 

Bütün soydaşlarımızın azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək mütəşəkkil qüvvəyə çevrilməsi məsələsinə xüsusi diqqət yetirən ümummilli lider Heydər Əliyev bu sahədə tarixi qərarlar qəbul etmiş, xaricdə məskunlaşmış həmvətənlərimizin hüquqlarının qorunmasına, diaspor quruculuğunun geniş vüsət almasına yönələn əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq, bu gün diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan həqiqətlərinin təbliği, milli maraqlarımızın müdafiəsi və respublikamızın digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərinin dərinləşməsi işinə öz töhfələrini verirlər.

 

Hazırda davam edən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, hamımızın doğma vətəni olan Azərbaycan Respublikasında 2015-ci ildə də sosial-iqtisadi artım dinamikası qorunub saxlanmış, müxtəlif sahələri əhatə edən dövlət proqramları və infrastruktur layihələri ardıcıl icra edilmişdir. Ölkəmiz Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə bağlayan nəhəng transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. İlin əvvəlində təməli qoyulmuş TANAP layihəsi də daxil olmaqla, zəngin qaz ehtiyatlarımızın dünya bazarlarına nəqli sahəsində nəzərdə tutduğumuz planların gerçəkləşdirilməsi Azərbaycanın etibarlı enerji təchizatçısı kimi beynəlxalq aləmdəki rolunu daha da artıracaq, respublikamızın gələcək inkişafı və xalqımızın rifahının yüksəldilməsi yolunda yeni perspektivlər açacaqdır.

 

Bu il Azərbaycan böyük idman bayramına - Birinci Avropa Oyunlarına ev sahibliyi etmişdir. Qitənin 50 ölkəsinin idmançılarının iştirakı ilə keçirilən bu tədbir yüksək səviyyədə təşkil olunmuş, beynəlxalq ictimaiyyətdə dövlətimizin potensialı, xalqımızın çoxəsrlik tarixi və zəngin mədəniyyəti, qonaqpərvərliyi və tolerantlıq ənənələri barədə müsbət təəssüratlar yaratmışdır.

 

Son dövrlər dünyanın müxtəlif guşələrində hərbi-siyasi münaqişələrin və iğtişaşların artmasına baxmayaraq, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, hakimiyyət və xalq arasında etimad mühiti daha da möhkəmlənmişdir. Noyabr ayında demokratik və şəffaf şəraitdə keçirilmiş növbəti parlament seçkiləri də cəmiyyətin nikbin əhval-ruhiyyəsinin, xalqımızın aparılan siyasətə dərin rəğbətinin parlaq təzahürü olmuşdur.

 

Təəssüflə qeyd etməliyəm ki, Ermənistanın təcavüzkar siyasəti və qeyri-konstruktiv mövqeyi ucbatından hələ də həllini tapmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamımızı narahat edən taleyüklü problem kimi qalır. Bu gün Azərbaycan Respublikası güclü iqtisadiyyata və torpaqlarımızı hər an işğalçılardan azad etməyə hazır olan qüdrətli orduya malikdir. Lakin biz yenidən qan tökülməsinin qarşısını almaq, regionda gərginliyi artırmamaq məqsədilə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində dinc yolla ədalətli həllinə çalışırıq. Hesab edirəm ki, bundan sonra da səylərimizi birləşdirməli, işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda ardıcıl və məqsədyönlü iş aparmalıyıq. Bu sahədə diaspor təşkilatlarımızın da üzərinə mühüm vəzifələr düşür. Azərbaycanın suverenliyinin qorunması və ərazi bütövlüyünün təmin edilməsinə öz həmrəyliyimiz və birgə fəaliyyətimizlə sanballı töhfə vermək bizim başlıca amalımız olmalıdır.

 

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, firavanlıq və işlərinizdə uğurlar arzulayıram”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyə Silahlı Qüvvələri

18 Avqust 2017 11:10

“Mehmetcik”dən AĞIR ZƏRBƏ: 58 terrorçu öldürüldü

18 Avqust 2017 11:08

İspaniyada terror hücumunda iştirakda şübhəli bilinən üçüncü şəxs saxlanılıb

18 Avqust 2017 11:07

Millət vəkilinin bacısı qəzaya düşdü: daha 3 yaralı

18 Avqust 2017 11:04

BP və tərəfdaşları I yarımillikdə Azərbaycanda sosial layihələrə 3,5 mln. dollar xərcləyib

18 Avqust 2017 11:02

Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan çağırışların sayı açıqlanıb

18 Avqust 2017 11:02

Keçmiş MTN polkovniki apellyasiya şikayəti verib

18 Avqust 2017 11:02

Bakının mərkəzi prospektində piyada zolağının olmaması sakinlər və turistlər üçün çətinliklər yaradır

18 Avqust 2017 11:02

"Vardar" "Fənərbaxça"nı əliboş yola saldı

18 Avqust 2017 11:00

Azərbaycanlı aktyorlar səhnəyə yarıçılpaq çıxdı – FOTOLAR

18 Avqust 2017 10:58

Tatarıstanda Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək

18 Avqust 2017 10:57

Qazaxıstan prezidenti: “Latın əlifabasına keçmək rus və kiril əlifbadan imtina demək deyil”

18 Avqust 2017 10:57

“Qəbələ” əvəzedicilərinə qalib gəldi

18 Avqust 2017 10:57

Azərbaycanlılarla taciklər arasında qanlı dava: onlarla yaralı, həbslər var

18 Avqust 2017 10:54

Vasif Məhərrəmli qızı və oğlu ilə - FOTOLAR

18 Avqust 2017 10:49

Acun Ilıcalı azərbaycanlı müğənnini “O Səs Türkiyə”yə dəvət etdi - FOTO

18 Avqust 2017 10:48

Türkiyədən Suriyaya tunel çəkilir

18 Avqust 2017 10:48

Ramil Quliyevin ukraynalı xanımı - FOTOLAR

18 Avqust 2017 10:47

XİN: Barselonada törədilən terror aktlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur

18 Avqust 2017 10:42

Amerikalı politoloq: "Azərbaycanda bütün dinlərin nümayəndələri həmişə dinc şəkildə birgə yaşayıblar"

18 Avqust 2017 10:42

Amerika şirkəti Azərbaycanda şoranlaşmanın qarşısını almaq üçün təkliflər irəli sürüb

18 Avqust 2017 10:42

Türkiyədə zəlzələ:

18 Avqust 2017 10:39

Azərbaycan gömrükçüləri narkotik vasitələr aşkar ediblər

18 Avqust 2017 10:37

Jestləri tanıyan əlcək hazırlanıb

18 Avqust 2017 10:35

ABŞ-a qarşı Türkiyə-Rusiya-İran ittifaqı: Həlledici DÖYÜŞ BAŞLAYIR

18 Avqust 2017 10:28

DƏHŞƏT: 56 yaşlı kişi özünü asdı

18 Avqust 2017 10:27

3 yaşlı qızı oğurladılar və...

18 Avqust 2017 10:23

Səkinə İsmayılova adını daşıyan nəvəsinə ad günü etdi - FOTOLAR

18 Avqust 2017 10:19

Məşhur cütlükdən ÜZÜCÜ xəbər: “Boşanırıq”

18 Avqust 2017 10:18

Doğuşdan sonra ölən anaların sayı niyə artır?

18 Avqust 2017 10:18

"Beşiktaş" Ermənistan yığmasının futbolçusunu satışa çıxarır

18 Avqust 2017 10:17

Bakıda qadını gecə klubunda döydülər

18 Avqust 2017 10:14

Bakıda 15 yaşlı qız itkin düşdü

18 Avqust 2017 10:13

Texasda qasırğa: 22 ölü, 1 milyard ziyan...

18 Avqust 2017 10:09

"Barselona"nın baş məşqçisi Arda Turan qərarını açıqladı

18 Avqust 2017 10:07

Lənkəranskinin il mərasimi keçirilir - Avtoritetlər toplaşır

18 Avqust 2017 10:03

İlham Əliyevdən İspaniya kralına BAŞSAĞLIĞI

18 Avqust 2017 09:59

İki gün əvvəl dənizdə batan gənclərin meyiti tapıldı

18 Avqust 2017 09:58

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Barselonadakı terror aktını pisləyib

18 Avqust 2017 09:57

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

18 Avqust 2017 09:53

ENOC ABŞ-ın sanksiyalarına baxmayaraq, İrana növbəti neft tədarükünü həyata keçirib

18 Avqust 2017 09:52

Azərbaycan Prezidenti: “Terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik”

18 Avqust 2017 09:52

Bu günə olan valyuta məzənnələri

18 Avqust 2017 09:52

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

18 Avqust 2017 09:48

2 qız anası olan Tuba Büyüküstünün 6 illik ərinə xəyanət görüntüləri yayıldı - FOTO

18 Avqust 2017 09:48

Xəzər dənizində batan iki gəncin meyiti tapılıb

18 Avqust 2017 09:47

Neftçalda 56 yaşlı kişi intihar edib

18 Avqust 2017 09:47

"Qarabağ"ın səfər planı müəyyənləşdi

18 Avqust 2017 09:47

İlham Əliyev İspaniya Kralına başsağlığı verib

18 Avqust 2017 09:47

Türkiyədə fəhlələri daşıyan traktor aşıb, 7 nəfər ölüb, 20 nəfər yaralanıb

18 Avqust 2017 09:42