Xalq artistlərinin qardaşı qəza törətdi

Xalq artistlərinin qardaşı qəza törətdi
18:56 24 Dekabr 2015
143 Şou
Ölkə mətbuatı
A- A+

Paytaxtın Yasamal rayonu ərazisində Azərbaycan Milli Dram Teatrının qarşısında yol qəzası baş verib.

Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, şirkətlərdən birinə məxsus olan və Elman Məmmədov Zakir oğlunun idarə etdiyi inkasator (pul daşımaq üçün istifadə olunan maşın) Dram Teatrının qarşısındakı yolun kənarındakı məhəccərə çırpılıb.
 
Hadisə nəticəsində sürücü xəsarət almasa da, maşına ziyan dəyib, eyni zamanda yolun kənarında olan yol nişanı əzilib. Yol hadisəsinin baş verməsinə səbəb sürücünün idarəetməni itirməsi olub. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Aldığımız məlumata əsasən, inkasatorın sürücüsü xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların qardaşıdır.

Hadisə ilə bağlı faktı Gülyaz Məmmədova da təsdiqləyib:
 
"Qardaşım deyir ki, qarşıma qəfildən taksi çıxdı, içərisində də çoxlu adam var idi, taksi ilə toqquşmamaq üçün maşını kənara qaçırtdım. Ona görə özümə ziyan dəyməsə də, maşına ziyan dəydi".

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR