Azərbaycan “Yəhudi irsi üzrə Avropa marşrutu” beynəlxalq mədəni turizm layihəsinə qoşulub

Azərbaycan “Yəhudi irsi üzrə Avropa marşrutu” beynəlxalq mədəni turizm layihəsinə qoşulub
19:03 24 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi Avropa Şurasının mədəni marşrut layihələrindən biri olan “Yəhudi irsi üzrə Avropa marşrutu” beynəlxalq mədəni turizm layihəsinə qoşulub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qurum tərəfindən layihəyə üzv olmaq məqsədilə ilk addım kimi ölkəmizdə mövcud olan yəhudi irsinə dair müvafiq proqram hazırlanıb. Proqrama Bakı ilə yanaşı, Qubadakı Qırmızı Qəsəbə, Lahıc, Qəbələ, Oğuz kimi regionların turizm potensialı barədə məlumat, həmçinin orada fəaliyyət göstərən yerli sinaqoqlarla tanışlıq da əlavə olunub.
Gələn ilin mart ayında Avropa Yəhudi Mədəniyyəti və Irsinin Qorunması və Təbliğatı Assosiasiyasının (AEPJ) ekspertlərinin müvafiq proqram üzrə ölkəmizə səfəri nəzərdə tutulur.
Azərbaycanda yəhudi icmalarının mövcudluğunu, ölkəmizdə dini müxtəlifliyə tolerant münasibətin və müxtəlif mədəniyyətlərin təbliğinə yaradılmış şəraiti nəzərə alaraq, bu layihəyə qoşulmaq həm yəhudi irsi ilə maraqlanan turistlərin, həm də yəhudi əsilli insanların ölkəmizə turist kimi cəlb edilməsi baxımından əlverişli olacaq.
Qeyd edək ki, Avropa Yəhudi Mədəniyyəti və Irsinin Qorunması və Təbliğatı Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən bu layihəyə hazırki dövrədək Portuqaliya, İspaniya, İtaliya və Fransa kimi ölkələr qoşulub, 22-yə yaxın Avropa ölkəsi isə tərəfdaş qismində çıxış edir.
Azərbaycanda yəhudi irsi üzrə marşrut assosiasiyanın rəsmi internet səhifəsində yerləşdirilib. Proqramla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
http://www.jewisheritage.org/web/european-routes/azerbaijan 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Yehudi_irsi_uzre_Avropa_marsrutu_beynelxalq_medeni_turizm_layihesine_qosulub-914123

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR