“Sehrli arzular” mövzusunda sərgi və bayram konserti

“Sehrli arzular” mövzusunda sərgi və bayram konserti
19:08 24 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 24-də Xalça Muzeyində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Sehrli arzular” mövzusunda sərgi və bayram konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin foyesində Azərbaycan Uşaqları İctimai Birliyinin və “Qış möcüzəsi” Sehrli Aləm Cəmiyyətinin (SAC) dərnək üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.
İctimai Birliyin direktoru Azər Abdullayev bildirib ki, tədbirin məqsədi gələcəyimiz olan uşaqların üzündə gülüş yaratmaq, onlarda mədəni irsimizə maraq oyatmaqdır.
Tədbirdə SAC-ın nəzdində fəaliyyət göstərən “Azərbaycan ritmləri” mahnı və rəqs ansamblı, Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyuq studiyası” və “Ay işığı” qrupunun üzvləri, habelə incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Şənlikdə Şaxta Baba və Qar Qız uşaqlara sevincli anlar yaşadıb, balacalar maraqlı viktorinal
arda həvəslə iştirak ediblər.
Tədbirdə uşaq evləri və valideyn himayəsindən məhrum olan körpələr də iştirak edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehrli_arzular_movzusunda_sergi_ve_bayram_konserti-914127

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR