Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Belarusun ölkəmizdəki səfiri Bakı Slavyan Universitetində olub

Belarusun ölkəmizdəki səfiri Bakı Slavyan Universitetində olub

Date: 24 December 2015 19:13


Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də Belarus Respublikasının Azərbaycandakı səfiri Qennadiy Axramoviç Bakı Slavyan Universitetində (BSU) olub.
BSU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil müəssisəsindəki tədris prosesi, fakültə və ixtisaslar, burada fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzləri barədə qonağı məlumatlandırıb. Belarus dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən söz açan rektor qeyd edib ki, mərkəz 2010-cu ildən fəaliyyət göstərir.
Q.Axramoviç bildirib ki, səfirlik təhsil sahəsinə xüsusi diqqət ayırır, Bakı Slavyan Universitetində Belarus dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərməsindən və burada Belarus dilinin tədris olunmasından məmnunluğunu ifadə edib. Universitetin fəaliyyətini yüksək qiymətləndirən səfir bu tipli ali məktəbin ölkəsində də fəaliyyət göstərməsini arzulayıb.
Q.Axramoviç Belarus dili və mədəniyyəti mərkəzində Belarus dili üzrə təhsil alan tələbələrlə görüşüb.

Tags:  Belarusun ölkəmizdəki səfiri Bakı Slavyan Universitetində olub


RƏYLƏR


Top news