İlham Əliyevdən Azərbaycan xalqına təbrik

İlham Əliyevdən Azərbaycan xalqına təbrik
19:16 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

İlham Əliyev Niderland Kralı və CAR prezidentini təbrik etdi (26 Aprel 2017 18:59)
Prezident İlham Əliyev Niderland Kralını və CAR Prezidentini təbrik edib (26 Aprel 2017 18:18)
İlham Əliyev Niderland Kralını və CAR Prezidentini təbrik etdi (26 Aprel 2017 18:17)

Prezident İlham Əliyev 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib.
 
Axşam.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Əziz həmvətənlər! Hörmətli soydaşlar! Vətən təəssübkeşliyi, doğma yurda və milli-mənəvi dəyərlərə bağlılıq kimi nəcib hisslər aşılayan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində sizi salamlayır, hər birinizə xoş arzu və diləklərimi çatdırıram. Bütün soydaşlarımızın azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək mütəşəkkil qüvvəyə çevrilməsi məsələsinə xüsusi diqqət yetirən ümummilli lider Heydər Əliyev bu sahədə tarixi qərarlar qəbul etmiş, xaricdə məskunlaşmış həmvətənlərimizin hüquqlarının qorunmasına, diaspor quruculuğunun geniş vüsət almasına yönələn əhəmiyyətli tədbirlər həyata keçirmişdir.

Aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq, bu gün diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan həqiqətlərinin təbliği, milli maraqlarımızın müdafiəsi və respublikamızın digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərinin dərinləşməsi işinə öz töhfələrini verirlər. Hazırda davam edən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, hamımızın doğma vətəni olan Azərbaycan Respublikasında 2015-ci ildə də sosial-iqtisadi artım dinamikası qorunub saxlanmış, müxtəlif sahələri əhatə edən dövlət proqramları və infrastruktur layihələri ardıcıl icra edilmişdir.

Ölkəmiz Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə bağlayan nəhəng transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. İlin əvvəlində təməli qoyulmuş TANAP layihəsi də daxil olmaqla, zəngin qaz ehtiyatlarımızın dünya bazarlarına nəqli sahəsində nəzərdə tutduğumuz planların gerçəkləşdirilməsi Azərbaycanın etibarlı enerji təchizatçısı kimi beynəlxalq aləmdəki rolunu daha da artıracaq, respublikamızın gələcək inkişafı və xalqımızın rifahının yüksəldilməsi yolunda yeni perspektivlər açacaqdır. Bu il Azərbaycan böyük idman bayramına - Birinci Avropa Oyunlarına ev sahibliyi etmişdir.

Qitənin 50 ölkəsinin idmançılarının iştirakı ilə keçirilən bu tədbir yüksək səviyyədə təşkil olunmuş, beynəlxalq ictimaiyyətdə dövlətimizin potensialı, xalqımızın çoxəsrlik tarixi və zəngin mədəniyyəti, qonaqpərvərliyi və tolerantlıq ənənələri barədə müsbət təəssüratlar yaratmışdır. Son dövrlər dünyanın müxtəlif guşələrində hərbi-siyasi münaqişələrin və iğtişaşların artmasına baxmayaraq, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, hakimiyyət və xalq arasında etimad mühiti daha da möhkəmlənmişdir. Noyabr ayında demokratik və şəffaf şəraitdə keçirilmiş növbəti parlament seçkiləri də cəmiyyətin nikbin əhval-ruhiyyəsinin, xalqımızın aparılan siyasətə dərin rəğbətinin parlaq təzahürü olmuşdur.

Təəssüflə qeyd etməliyəm ki, Ermənistanın təcavüzkar siyasəti və qeyri-konstruktiv mövqeyi ucbatından hələ də həllini tapmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamımızı narahat edən taleyüklü problem kimi qalır. Bu gün Azərbaycan Respublikası güclü iqtisadiyyata və torpaqlarımızı hər an işğalçılardan azad etməyə hazır olan qüdrətli orduya malikdir. Lakin biz yenidən qan tökülməsinin qarşısını almaq, regionda gərginliyi artırmamaq məqsədilə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində dinc yolla ədalətli həllinə çalışırıq. Hesab edirəm ki, bundan sonra da səylərimizi birləşdirməli, işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda ardıcıl və məqsədyönlü iş aparmalıyıq. Bu sahədə diaspor təşkilatlarımızın da üzərinə mühüm vəzifələr düşür. Azərbaycanın suverenliyinin qorunması və ərazi bütövlüyünün təmin edilməsinə öz həmrəyliyimiz və birgə fəaliyyətimizlə sanballı töhfə vermək bizim başlıca amalımız olmalıdır.
 
Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, firavanlıq və işlərinizdə uğurlar arzulayıram".

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Gənc qız ölən dayısının evini yardı - BAKIDA - FOTO

27 Aprel 2017 13:09

İŞİD və "Taliban" yenə Əfqanıstanı qan gölünə döndərdi

27 Aprel 2017 13:08

General Elçin Quliyevin məhkəməsi başladı

27 Aprel 2017 13:04

İngilis deputat erməniləri BİABIR ETDİ: “ Edvard Nalbandyanın arvadı ilə...”

27 Aprel 2017 13:03

Fransada ekstremizmdə şübhəli bilinən şəxs polisə atəş açıb, 2 nəfər yaralanıb

27 Aprel 2017 13:02

Almaniya kansleri Türkiyəni hədələdi

27 Aprel 2017 12:59

Merkeldən Türkiyə bəyanatı - TARİX AÇIQLANDI

27 Aprel 2017 12:58

Lerik sakinləri nazirdən ikinci “Uzunömürlülər festivalı”nın keçirilməsini istəyiblər

27 Aprel 2017 12:57

Babel qadınla yaxalandı - FOTO

27 Aprel 2017 12:57

Keçmiş MTN-in daha bir generalının məhkəməsi başlayıb

27 Aprel 2017 12:57

Azərbaycanlı bu qızların görüntülərini hamı izləyir

27 Aprel 2017 12:55

Azərbaycanda sulu qəlyan qadağan olunur

27 Aprel 2017 12:53

Komitə sədri: "Azərbaycan açıq hökumət prinsipinin təşviqinə töhfəsini verib"

27 Aprel 2017 12:52

İdman telekanalı 100 işçisini qovdu

27 Aprel 2017 12:52

Deputat: "Siqaret çəkmək üçün çölə çıxmaq olmaz?"

27 Aprel 2017 12:52

Bahar Muradova: “Məktəblərə yaxın obyektlərdə qəlyan çəkilməsi qadağan edilməlidir”

27 Aprel 2017 12:52

Sulu qəlyandan istifadə qadağan edilir - AZƏRBAYCANDA

27 Aprel 2017 12:49

73 yaşında idmana başlayacaq - FOTOLAR

27 Aprel 2017 12:48

Siqaret çəkmədən zəhərlənən insanlarımız - STATİSTİKA AÇIQLANDI

27 Aprel 2017 12:47

Bakı-Tbilsi-Qars dəmir yolu Azərbaycan üzərindən yük tranzitini xeyli artıracaq

27 Aprel 2017 12:47

İmişlidə yol qəzası: 4 yaralı - SİYAHI - FOTO

27 Aprel 2017 12:47

Sabahın HAVAsı

27 Aprel 2017 12:47

Azərbaycanda bəzi saytların bloklanması bağlı məhkəmə təxirə düşdü

27 Aprel 2017 12:44

İsrail Suriyanı bombaladı

27 Aprel 2017 12:44

56 yaşlı abituriyent imtahan verəcək

27 Aprel 2017 12:43

Fazil Məmmədov keçmiş idarə rəisini özünə müşavir təyin edib

27 Aprel 2017 12:42

Zabit Səmədovun növbəti rəqibinin adı açıqlanıb

27 Aprel 2017 12:42

"Terminator"un oğlu anasının yanına döndü - FOTO

27 Aprel 2017 12:42

Novxanıda bağın həyətindən xeyli silah-sursat tapıldı

27 Aprel 2017 12:39

Sabah 25 dərəcə isti olacaq

27 Aprel 2017 12:38

Hərbi ekspert: “Rusiyadan alınan hücum silahları Azərbaycan ordusunu daha da gücləndirir”

27 Aprel 2017 12:37

“Dəmirbank”dan “Az-Granata”ya transfer olub

27 Aprel 2017 12:37

Moldovanın Nəqliyyat və Yol İnfrastrukturu Nazirliyində axtarış aparılır

27 Aprel 2017 12:37

Ulduz şahmatçılar Şəmkirdə seans keçirdi - FOTO

27 Aprel 2017 12:37

Dünyada çərçivəsiz displeylə təchiz edilmiş ilk təhlükəsiz smartfon təqdim edilib

27 Aprel 2017 12:35

Quran kursunda uşağı döyüb öldürdülər - DƏHŞƏT

27 Aprel 2017 12:34

Qadınların inanılmaz dəb anlayışı: qurğuşunlu dəri, kirpiksiz üz, zəhərli paltar - FOTOLAR

27 Aprel 2017 12:33

İslamiada zamanı Bakıda xüsusi zolaqlar istifadəyə veriləcək

27 Aprel 2017 12:33

Məryəm Kənanın "nişanlısı" olacaq

27 Aprel 2017 12:32

Balıqçı bacısına görə özünü asdı - LƏNKƏRANDA

27 Aprel 2017 12:32

Sabah havanın temperaturu 25 dərəcəyədək yüksələcək

27 Aprel 2017 12:32

Sabah temperatur 25°-yə yüksələcək

27 Aprel 2017 12:31

İlk qəbul imtahanının vaxtı açıqlandı - BU RAYONLARDA OLACAQ - SİYAHI

27 Aprel 2017 12:29

Fuad Poladov bütün sevənlərini üzdü

27 Aprel 2017 12:28

“ShamkirChess 2017” turnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib

27 Aprel 2017 12:27

Deputat Musa Quliyev: "Siqaret cəriməsi büdcəyə öz müsbət təsirini göstərmiş olacaq"

27 Aprel 2017 12:27

Videotəkrardan istifadə olunacağı vaxt açıqlandı

27 Aprel 2017 12:27

Bu sürücülər cərimələcək - İslamiada zamanı

27 Aprel 2017 12:24

ABŞ prezidentinin SİRLİ KEÇMİŞİ ƏLƏ KEÇDİ: Hitler, BMT və... - FOTO

27 Aprel 2017 12:23

AMB-nin dövriyyədə olan notlarının həcmi azalıb

27 Aprel 2017 12:22