Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Polşada daşınmaz əmlak vergisi yerli orqanlara ödənilən illik vergidir

Polşada daşınmaz əmlak vergisi yerli orqanlara ödənilən illik vergidir

Date: 24 December 2015 19:18


Bakı, 24 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
Polşada daşınmaz əmlak vergisi yerli orqanlara ödənilən illik vergidir. Ölkədə yerləşən daşınmaz əmlakın satışı və mübadiləsi sahəsində mülki hüquqi əməliyyatlar üzrə vergi əmlakın bazar dəyərinin 2 faizi qədərdir. Digər mal və əmlaka münasibətdə isə bu dərəcə 1 faiz təşkil edir.
AZƏRTAC Vergilər.az saytına istinadla xəbər verir ki, daşınmaz əmlak üzrə hüquqların əldə edilməsi və digər şəxsə məxsus daşınmaz əmlakın sərəncama alınması da daxil olmaqla, Polşada yerləşən daşınar və ya daşınmaz əmlakı miras və ya hədiyyə şəklində əldə edən fiziki şəxslər həmin əmlakın onlara çatan hissəsi üzrə vergiyə cəlb olunurlar.
Lakin xaricdə yerləşən əmlakı əldə edən Polşa vətəndaşları və ya Polşa rezidenti olan şəxslər də vergi öhdəliyi daşıyırlar. Hədiyyəni və ya mirası alan şəxs vergini ödəməyə borcludur, onları təqdim edən şəxs isə birgə və ya fərdi qaydada öhdəlik daşıya bilər.

Tags:  Polşada daşınmaz əmlak vergisi yerli orqanlara ödənilən illik vergidir


RƏYLƏR


Top news