Mehriban Əliyeva uşaqlar üçün təşkil edilmiş şənliyə qatılıb

Mehriban Əliyeva uşaqlar üçün təşkil edilmiş şənliyə qatılıb
19:34 24 Dekabr 2015
37 Sosial
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda uşaqlar üçün təşkil edilən şənlikdə iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Fondun Bakının əyləncə mərkəzlərindən birində uşaqlar üçün təşkil etdiyi şənliyə paytaxtın müxtəlif uşaq evlərindən xüsusi qayğıya ehtiyacı olan 200-dək uşaq qatılıb.

 

Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən aksiyada balacalar müxtəlif maraqlı attraksionlarda əyləniblər, oyunlarda iştirak ediblər. Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə istədikləri kimi əylənən uşaqlar şənlikdən xüsusi zövq alıblar, gözəl istirahət ediblər, əylənib oynayıblar.

 

Balacaların zövqünə uyğun bəzədilən məkanda keçirilən şənlikdə uşaqların ən yaxın dostu olan və həmişə qayğılarına qalan Mehriban Əliyeva da onların əyləncəsinə qoşulub, müxtəlif oyunlarda qazandıqları qələbələri alqışlayıb, sevinclərini bölüşüb.

 

Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirdə müxtəlif uşaq evlərinin sakinlərinin birgə nahar etmələri onlar üçün həm də bu şənlikdən aldıqları təəssüratları bölüşmək imkanı yaradıb. Mehriban Əliyeva uşaqlarla səmimi söhbət edib, onlarla şəkil çəkdirib.

 

Şənliyin sonunda balacalara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.









Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226468

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR